Metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında müşahidə edilən xaotik vəziyyətin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin icrasına başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən ONN media-ya verilən məlumata görə, hazırda yol kənarında məhəccərlərin quraşdırılması aparılır. Bu işlər yekunlaşdıqdan sonra avtobus dayanacaq məntəqəsi ləğv ediləcək. Bununla da həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması mümkün olacaq.
Avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi ilə əlaqədar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələrə hərkət edən avtobuslar metronun piramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşrutlarının xidmətlərindən yararlana bilərlər. Artıq bununla bağlı müvafiq marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq edilib. Sərnişinlərimizdən tətbiq ediləcək dəyişikliyə anlayış göstərmələrini və metrostansiyadan çıxışda “Koroğlu” NMM istiqamətində hərəkət etmələrini xahiş edirik.
Qeyd edək ki, avtobus dayanacaq məntəqəsi 21.04.2018 tarixində ləğv ediləcək.



BNA marşrut xətlərindəki yenilikləri açıqladı
Bakı sakinlərinə ŞAD XƏBƏR - Yeni tunel salınır
Avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Paytaxda avtobus dayanacaqları dəyişdirilir
Bakı kəndlərinə gedənlərin nəzərinə - SABAHDAN ETİBARƏN…
Bu avtobuslar fəaliyyətini davam etdirəcək
Bu ərazidəki tıxac necə aradan qaldırılacaq?-ÖZƏL
“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilib
"Koroğlu"da avtobus dayanacaqlarının yeri dəyişdirilir
Bakıda avtobus dayanacağının yeri dəyişdirildi - NİYƏ?
Bu avtobusların hərəkət sxemi dəyişdirildi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 