BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyir ki, agentliyin önəm verdiyi əsas məsələlərdən biri də şəhər sakinlərinin gündəlik güzəranına ola biləcək mənfi təsirləri minimuma endirməkdir
“Koroğlu” stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında müşahidə edilən xaotik vəziyyətin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin icraasına başlanılıb”.
ONN media xəbər verir ki, bunu açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyib. O bildirib ki, bu işlər yekunlaşdıqdan sonra avtobus dayanacaq məntəqəsi ləğv ediləcək:
“Bununla da həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması mümkün olacaq. Avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi ilə əlaqədar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələrə hərəkət edən avtobuslar metronun piramida formalı çıxışının qarşısında dayanmadan keçəcək”.
“Formula-1 Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar marşrutların hərəkətində nəzərdə tutulan dəyişikliklərdən danışan M.Ağayev qeyd edib ki, bu cür yarışlar zamanı nəqliyyat əməliyyatları hazırlanarkən agentliyin önəm verdiyi əsas məsələlərdən biri də şəhər sakinlərinin gündəlik güzəranına ola biləcək mənfi təsirləri minimuma endirməkdir:
“Vacib şərtlərdən biri də şəhərin ictimai nəqliyyatında fasiləsiz fəaliyyət təmin olunmasıdır. Bu məqsədlə 17 marşrut xəttinin hərəkət sxemində müvəqqəti dəyişikliklər edilib. 125 saylı marşrut xəttinin fəaliyyəti isə ümumiyyətlə müvəqqəti olaraq dayandırılıb”.



Bu avtobus dayanacaq məntəqəsi ləğv edilir - Foto
Bu ərazidəki tıxac necə aradan qaldırılacaq?-ÖZƏL
“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi
Bakı sakinlərinə ŞAD XƏBƏR - Yeni tunel salınır
Bakı kəndlərinə gedənlərin nəzərinə - SABAHDAN ETİBARƏN…
Avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Bakıda avtobus dayanacağının yeri dəyişdirildi - NİYƏ?
Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Bu avtobuslar fəaliyyətini davam etdirəcək
“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilib
“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi sabah işə başlayacaq
BNA nəqliyyat infrastrukturuna nəzarəti artırıb
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 