ONN media xəbər verir ki, 2018-ci ilin I rübü ərzində ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı və idxalı üzrə Energetika Nazirliyi tərəfindən verilmiş 72 icazənin 44-ü “ASAN Xidmət” mərkəzi vasitəsilə həyata keçirilib. 67 hüquqi şəxsə ixrac nəzarətinə düşən malların idxalına, 5 hüquqi şəxsə isə ixrac nəzarətinə düşən malların ixracına icazə verilib.
Bundan başqa icazələrlə bağlı təqdim olunmuş sənədlərin və verilmiş icazələrin reyestri aparılıb və həmin məlumatlar elektron qaydada İqtisadiyyat Nazirliyinə, Vergilər Nazirliyinə və Dövlət Statistika Komitəsinə təqdim edilib.
Xatırladaq ki, sahibkarlıq fəaliyyətinə icazələrin verilməsində şəffaflığın artırılması, prosesin asanlaşdırılması məqsədilə Energetika Nazirliyi tərəfindən müvafiq icazələr 1 fevral 2018-ci il tarixindən “ASAN Xidmət” mərkəzləri vasitəsilə verilir. Bura ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, müvafiq qanunvericiliyə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə və ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.
Hazırda Energetika Nazirliyi tərəfindən “icazələrin verilməsi” üzrə informasiya ehtiyatının “Lisenziya və icazələr” portalına inteqrasiya edilməsi üçün işlər davam etdirilir.



İxrac nəzarətinə düşən mallar üzrə xüsusi icazənin verilməsi qaydaları dəyişdi
Bu yüklərin daşınmasına lisenziya tələb olunmayacaq
Azərbaycanda bu mallar ƏDV-dən azad edildi
Daha 16 müəssisədən alma ixracına icazə verildi
Yeni nazirin ilk işi: sahibkarlara müraciət
Nazirlər Kabineti qaydalara dəyişiklik etdi
İcazələr yenidən aktivləşdirildi
Bu şəxslərin işə çıxmasına yenidən icazə verildi - RƏSMİ
İcazələrin bir hissəsi ləğv edildi
Bu nazirlik gələn aydan “ASAN xidmət”də fəaliyyət göstərəcək
Rusiyadan Azərbaycanın 89 müəssisəsinə "yaşıl işıq"
Türkiyədən Rusiyaya QADAĞA
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 