Böyük alim və tənqidçi, görkəmli ictimai-siyasi xadim, "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin sədri, filologiya elmləri doktoru, professor Əjdər İsmayılovun 80 illik yubileyi tamam olur. Öz geniş tədqiqat əsərləri ilə erməni yalanlarını dünya ictimaiyyətinə çatdıran və ermənilərin tarixi saxlataşdırmaq cəhdlərinə qarşı zəngin əsərlərin müəllifi Əjdər İsmayılov elm fədaisi olan alimlərimizdəndir.
Ömrünün böyük hissəsini elm yolunda qurban verən alim Azərbaycanımızın dilbər güşəsi olan Naxçıvanın sayılıb seçilən, zəngin soy-kökünə sahib bir nəslin nümayənsidir. O, tanınmış ictimai xadim Məşədi Mahmud İsmayılovun nəvəsi, istiqlalçı, partizan, "Qırmızı tabor"un komandirlərindən olan Tağı İsmayılovun oğlu, pedaqoq, hidro meliorator mühəndis Həsən İsmayılovun qardaşıdır. Əjdər İsmayılov ömrü boyu vətənə, xalqa ləyaqətlə xidmət etməyi özünün ilk növbədə vətəndaşlıq borcu hesab edir. Buna baxmayaraq özü şəxsən heç vaxt yüksək vəzifələrə yiyələnmək arzusunda olmayıb. O, elm və maarif yolunu seçdi. Bu, yəqin ki onun üçün ən doğru seçim oldu. Çünki atalar sözü var: “Qələm qılıncdan itidir”. “Atalar” isə heç vaxt yanılmır. Ələlxüsus söhbət Əjdər müəllimin qələmindən gedirsə. Əbəs deyil ki, bu gün Azərbaycan tarix və ədəbiyyatşünaslığında erməni yalanlarını ifşa edən, erməni tarixşünaslığının yalanlar üzərində qurulmasını və sadə bir mif olmasını beynəlxalq aləmə bəyan edən mötəbər əsərlər onun qələmindən çıxıb. Əjdər İsmayılovun müəllifi olduğu "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları", "Moisey Xorenatsi anonim keşiş müəllifdir", "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir" kitablar müasir dövrdə erməni yalanlarına, onların tarixi Azərbaycan torpaqlarına köçürülməsini tarixi sənədlərlə sübut edən qarşı ən tutarlı mənbələrdəndir. Azərbaycan ədəbiyyatına dəyərli töhfələr bəxş edən professor Əjdər İsmayılov eyni zamanda Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin ədəbi irsini mükəmməl araşdıran bir alim kimi tanınır. Onun "Dünya romantizm ənənəsı və Hüseyn Cavid", "Azərbaycan sovet Ədəbiyyatında Hüseyn Cavid ənənələri", "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" kitabları oxucular, o cümlədən cavidşünaslar tərəfindən böyük rəğbətlə qarşılanıb. Əjdər İsmayılov ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən ağır ictimai-siyasi mübarizədə ümummilli lider Heydər Əliyevin daima yanında olmuş və xalqın azadlığı uğrunda mübarizə aparmışdır. O, eyni zamanda məşhur "91-lər"dən və Yeni Azərbaycan Partiyasının yaradıcılarından sayılır. Professorun elmi və ictimai-siyasi fəaliyyəti həmişə yüksək qiymətləndirilib və bu fəaliyyətlərinə görə cənab Prezidentimiz İlham Əliyev tərəfindən “Tərəqqi” medalına da layiq görülüb.
Ömrünün bu çağında professor özünə yalnız Allahdan pay olan ömür-gün arzu edir. Çünki görüləcək işlər, yazılacaq kitablar, deyiləcək sözlər hələ çoxdur. Biz də sizə uzun ömür və can sağlığı arzu edirik Əjdər müəllim. 80 nədi? Hələ bunun 90-ı var 100-ü var! Yaşınız mübarək böyük alimimiz.
[embed]https://www.youtube.com/watch?v=p8rmsbnCPmw[/embed]



Bu gün Əjdər İsmayılovun doğum günüdür
Dünənin SABAHI - Professor ƏJDƏR İSMAYILOV haqqında film
Əjdər İsmayılovun 80 illik yubileyidir
Mühüm bir dərs-TARİXÇİ ALİMLƏ
SADİQ QURBANOV: "Tanınmış professor koronavirusa yoluxub"
Professor Əjdər İsmayılovdan Anım Günü PAYLAŞIMI
Əjdər İsmayılov dünyada istinad ediləsi mötəbər alim tövsiyə edildi və ABŞ Konqres Kitabxanasında qeydiyyata alındı
YAP Mərkəzi Aparatında professor Əjdər İsmayılovun anadan olmasının 85-ci ildönümünə həsr olunan konfrans keçirilib
Türk dünyasının fədakar alimi
Qırx mərasimi ilə üst-üstə düşən AD GÜNÜ
Erməni tarixinin atasına "od vuran" alim - Əjdər İsmayılov
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - kitabının təqdimatı olub - Xəzər Universitetində
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 