Paytaxtda bu həftəsonu baş tutacaq 2018 Formula 1 Azərbaycan Qran Prisinə olan biletlərin əksəriyyəti satılıb.
ONN media xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) xəbər verilir ki, Filarmoniya, İçəri Şəhər və Bulvar tribunalarına, həmçinin Abşeron tribunasının “B” və “C” sektorlarına aid biletlərin hamısı satılıb. Qalan tribunalar üçün olan biletlər də artıq satılıb qurtarmaq üzrədir.
BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim son günlər yerli tamaşaçıların yarışa böyük rəğbət göstərdiyini deyib: “Hər il olduğu kimi bu il də yarışa yaxınlaşdıqca bilet alanlar arasında yerli Formula 1 həvəskarları üstünlük təşkil etməkdədir. Eyni zamanda, biz bu il yarışa həm beynəlxalq, həm də yerli səviyyədə daha böyük maraq müşahidə edirik. Şübhəsiz ki, bunda Bakı Şəhər Halqasının möhtəşəm F1 yarışlarına ev sahibliyi etməsi ilə yanaşı burada tamaşaçılar üçün müxtəlif zövqlərə xitab edən çox saylı əyləncə və konsert proqramının olmasının böyük rolu var. Ümid edirik ki, Bakı bu il də möhtəşəm yarış və əyləncəyə səhnə olaraq avtoidman həvəskarlarının ən çox sevdiyi yarış məkanına çevriləcək”.
Qeyd edək ki, indiyədək ümumilikdə 68 ölkədən bilet alınıb və bu biletlərin 45 %-i xarici ölkələrin payına düşür. İlk onluğa Rusiya, Monako, Böyük Britaniya, Ukrayna, Avstriya, Gürcüstan, Hollandiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Amerika Birləşmiş Ştatları daxildir.


Formula 1 bu tribunasına bütün biletlər satıldı
Formula 1 Azərbaycan Qran Prisi hansı məbləğdə sığortalanıb?
“Formula-1” Azərbaycan Qran-prisinin biletlərinin qiyməti AÇIQLANDI
"Formula 1" həvəskarlarına PİS XƏBƏR
Formula-1 Qran Prisinin bütün biletləri satıldı
"Formula 1"lə bağlı son VƏZİYYƏT
Formula 1 biletlərinin qiyməti açıqlandı
"Formula 1": Yeni biletlər satışda!
“Formula 1” həvəskarlarının nəzərinə
"Formula 1": Azərbaycan Qran-prisində sprint yarışları keçirilə bilər
“Formula-1” Azərbaycan Qran-Prisi üçün alınmış biletlərin taleyi necə olacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 