Formula 1 Azərbaycan Qran Prisinə əlli günün qaldığı ərəfədə Filarmoniya tribunasına olan biletlər artıq tamamilə satılıb. ONN media xəbər verir ki, Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim ümumilikdə yarışa olan biletlərin böyük hissəsinin satıldığını bildirib: “İndiyədək 52 ölkədən bilet alınıb və ümumilikdə biletlərin yetmiş faizə yaxını satılıb. Satılan biletlərin 78 faizi xarici ölkələrin payına düşür. Əvvəlki illərlə müqayisədə bu il Qərbi Avropa ölkələrindən, xüsusən də Böyük Britaniyadan bilet alanların sayında kəskin artım qeydə alınıb. Həmçinin ötən ilin eyni dövrü ilə müqayisədə biletlərin satış tempində on faizlik artım müşahidə olunur. Yaxın günlərdə konsert proqramlarının detalları açıqlandıqdan sonra bilet alışlarının daha da intensivləşəcəyi gözlənilir”. Qeyd edək ki, 2019 Formula 1 Azərbaycan Qran Prisinə biletlərin satışı hazırda davam edir. Biletlər yerli sakinlərə orijinal qiymətindən 25 faiz ucuza təklif olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir. Pilotların gərgin mübarizəsi fonunda baş tutacaq möhtəşəm yarış həftəsonunu qaçırmaq istəməyən əyləncəsevərlər biletləri əməliyyat şirkətinin rəsmi veb-səhifəsindən (https://www.bakucitycircuit.com/az/buy-now) və paytaxtın müxtəlif məkanlarında yerləşən bilet satış nöqtələrindən əldə edə bilərlər.
Formula 1 bu tribunasına bütün biletlər satıldı



Formula 1 Azərbaycan Qran Prisi hansı məbləğdə sığortalanıb?
"Formula 1"lə bağlı son VƏZİYYƏT
Nə qədər bilet satıldı, hansı yollar bağlandı? – Formula-1
Formula 1 biletlərinin qiyməti açıqlandı
Formula-1 Qran Prisinin bütün biletləri satıldı
“Formula-1” Azərbaycan Qran-prisinin biletlərinin qiyməti AÇIQLANDI
Bakıdakı “Formula-1” yarışı keçirilməyə bilər: Bu gün qərar veriləcək
"Formula 1": Yeni biletlər satışda!
"Qarabağ"ın bu oyunu üçün nə qədər bilet satılıb?
"Formula 1" həvəskarlarına PİS XƏBƏR
“Formula-1” Azərbaycan Qran-Prisi üçün alınmış biletlərin taleyi necə olacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 