“Azərişıq” ASC-nin “Asan xidməti” və “ASAN kommunal” vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlərin sırasına daha 2 xidmət əlavə olunub.
ONN media xəbər verir ki, bu gündən etibarən ölkədəki bütün “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində “yük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı 2 yeni xidmət fəaliyyətə başlayıb.
Qeyd edək ki, “yük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) üçün ərizə-blank və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi tələb olunur. Bu xidmət sifarişçinin tələbinə uyğun olaraq dərhal və ya 2 gün ərzində həyata keçirilir.
“İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi” üçün də ərizə-blank və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi tələb olunur. Xidmətin müddəti isə işin həcmindən asılı olaraq müqavilə əsasında müəyyən edilir. Beləliklə, “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsi göstərdiyi xidmətlərin sayı 11-dən 13-ə çatıb.
Məlum olduğu kimi Nazirlər Kabineti “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə yeni qərar verib. Bununla da, sahibkarların tələb olunan gücü 150 kVt-a qədər mövcud 0,4 kV-luq şəbəkədən tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə vahid tarif təsdiq edilib. Bu isə o deməkdir ki, “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə bu günə qədər xidmət göstərdiyi “qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətində yeniliklər edilərək vahid tarif tətbiq olunub. Bu isə sözsüz ki, sahibkarların işini daha da asanlaşdırıb.



“Azərişığ”a 20 mindən çox müraciət daxil olub
Bu rayon və şəhərlərdə “ASAN xidmət” iki gün işləməyəcək
ASAN Xidmət vətəndaşlara müraciət etdi
ASAN-da bu xidmətin göstərilməsində problem yarandı
Fevralda “Azərişıq”a müraciət edən sahibkarların sayı 2 dəfə artıb
“ASAN xidmət” mərkəzləri sərt karantində işləyəcək
Bu il ərzində “Azərsu”ya 26850 müraciət edilib
Sabah ASAN Xidmətdə iş olacaq?
"Asan Xidmət" bu tarixdə işləməyəcək
“ASAN xidmət” və "ASAN Kommunal" bir gün işləməyəcək
“ASAN xidmət” həftəsonları işləməyəcək?
“ASAN xidmət” və “ASAN Kommunal” bu tarixlərdə işləməyəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 