Fevral ayında “Azərişıq” ASC-yə “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə 449 sahibkar obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün müraciət edib.
ONN media-ya daxil olan məlumata görə, fevral ayı 28 gündən ibarət olmasına baxmayaraq sahibkarların müraciəti ötən aylarla müqayisədə demək olar 2 dəfəyə yaxın artıb. Sahibkarların elektrik şəbəkəsinə qoşulmaqla bağlı müraciətlərinin sayının belə sürətlə artması sözsüz ki, aparılan islahatlarla bağlıdır. Qeyd edək ki, iki ay öncə, daha dəqiqi ötən ilin dekabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” növbəti fərman imzalanıb və fərmana əsasən şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib. Bundan başqa şəbəkəyə qoşulma ilə bağlı kVt-a görə vahid tarifin tətbiq olunması və Azərişıq ASC-nin elektron xəritəsinin “ASAN xidmətin” işinə inteqrasiya edilməsi də sahibkarların işini daha da asanlaşdırıb.
Bununla yanaşı fevral ayında 3344 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün müraciət edib. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla həm sahibkarların, həm də vətəndaşların müraciətləri yerinə yetirilib. Ümumilikdə isə fevral ayı ərzində Azərişıq ASC-yə “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə 25266 müraciət daxil olub.



“Azərişığ”a 20 mindən çox müraciət daxil olub
Asan xidmətdə daha bir yenilik
Elektrik təchizatı şəbəkələrinə qoşulmanın yeni qaydaları ilə bağlı tədbir keçirilib
2018-ci ilin iyul ayı üzrə Texniki Şuralara 135 müraciət daxil olub
2018-ci ilin iyun ayı üzrə Texniki Şuralara 114 müraciət daxil olub
“Azəriqaz” və “Azərişıq”la bağlı TƏLƏBLƏR DƏYİŞDİ
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupunun iclası keçirilib
Sumqayıtda yaşayış evlərinin işıqları niyə kəsildi? - SƏBƏB
Elektrik, su və qaz sayğaclarında problemlərin aradan qaldırılması ilə bağlı qanunlara dəyişiklik edilir
Elektrik və qazpaylayıcı şəbəkələrə qanunsuz qoşulma halları azalıb
Bu bölgələrdə işıq probleminin aradan qaldırılması işlərinə başlanılıb
Avqustda işıqpulu çox yazılıb? – "Azərişıq"dan iddialara CAVAB
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 