Yanvar ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün “ASAN xidmət”, “ASAN kommunal” və KOB evləri vasitəsi ilə “Azərişıq” ASC-yə 239 müraciət daxil olub. ONN media xəbər verir ki, sahibkarların elektrik şəbəkəsinə qoşulmaqla bağlı müraciətlərinin sayının artması müşahidə olunub ki, bu da heç də səbəbsiz deyil. Belə ki, ötən ilin dekabr ayının 25-də Azərbaycan Prezidenti tərəfindən “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” növbəti fərman imzalanıb və fərmana əsasən şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib. Bununla yanaşı, yanvarda 3280 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün müraciət edib. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla həm sahibkarların, həm də vətəndaşların müraciətləri yerinə yetirilib. Bundan başqa, yanvarda “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə göstərdiyi xidmətlər sırasına əlavə iki xidmət də artırılıb. “Çoxmənzilli binalarda yaşayış mənzillərin qeydiyyata alınması” və “Elektrik təchizatının layihələndirilməsi və qurlaşdırılması” xidmətləri də əlavə olunmaqla “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə göstərdiyi xidmətlərin sayı 15-ə çatdırılıb. Ümumilikdə isə yanvar ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə 20766 müraciət daxil olub.
“Azərişığ”a 20 mindən çox müraciət daxil olub



Fevralda “Azərişıq”a müraciət edən sahibkarların sayı 2 dəfə artıb
2018-ci ilin iyul ayı üzrə Texniki Şuralara 135 müraciət daxil olub
Asan xidmətdə daha bir yenilik
2018-ci ilin iyun ayı üzrə Texniki Şuralara 114 müraciət daxil olub
Elektrik təchizatı şəbəkələrinə qoşulmanın yeni qaydaları ilə bağlı tədbir keçirilib
Ötən ay Texniki Şuralar vasitəsilə 185 müraciətə baxılıb
Sumqayıtda yaşayış evlərinin işıqları niyə kəsildi? - SƏBƏB
Bir sıra torpaqlar və evlər bahalaşacaq
“Azəriqaz” və “Azərişıq”la bağlı TƏLƏBLƏR DƏYİŞDİ
Yanvar-aprel ayları ərzində Energetika Nazirliyinə 599 müraciət daxil olub
Elektrik, su və qaz sayğaclarında problemlərin aradan qaldırılması ilə bağlı qanunlara dəyişiklik edilir
Elektrik xəttində qəza baş verib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 