Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı piyadalara müraciət edib.
Bu barədə ONN media-ya BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, hazırda mövsümlə əlaqədar havanın tez qaralması, əsasən yağışlı, çiskinli olması piyadalar üçün bir sıra çətinliklər yaradıb:
"Bir neçə gün əvvəl aramsız yağan yağışlar səbəbindən yollarda sürüşkənliyin, məhdudiyyətli görünmə məsafəsinin artması piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayına da təsirsiz ötüşmədi. Həmin ərəfədə 5 nəfərin həyatını itirməsi, 6 nəfərin xəsarət alması ilə nəticələnən 11 piyadavurma hadisəsi qeydə alındı. Sözügedən qəzaların hamısının günün qaranlıq vaxtı - saat 18:30-23:00 radələrində baş verməsi isə təsadüfi deyil".
Müraciətdə qeyd olunub ki, əksər hallarda piyadalar tərəfindən qeyri-sabit hava şəraitinin düzgün qiymətləndirilməməsi, yolu keçərkən təhlükəsizlik qaydalarına əməl edilməməsi, sutkanın qaranlıq vaxtı əlvan geyimlərə, üzərində işıqqaytarıcı elementlər olan əşyalara üstünlük verilməməsi sonda xoşagəlməz hadisələrə gətirib çıxarır.
"Bununla yanaşı, bir sıra hallarda yol infrastrukturunun piyadayönümlü olmaması, bəzi küçələrin işıqlandırılmaması, yağmurlu havalarda səkilərin, piyada keçidlərinin, onların konstruksiya elementlərinin sürüşkənliyi, yaxud intizamsız sürücülərin məsuliyyətsiz davranışları da piyadalar üçün ciddi çətinliklər yaradır. Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları hazırda ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraitində öz həyat və sağlamlıqlarına qarşı daha da diqqətli olmağa, sadalanan xüsusatları nəzərə alaraq, yol hərəkəti qaydalarına sözsüz əməl etməyə çağırır", - müraciətdə bildirilib.



DYP piyadalara müraciət etdi
Yol polisi piyadalara müraciət etdi
Yol polisindən piyadalara MÜRACİƏT
DYP-dən hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT
Yol polisindən sürücülərə xəbərdarlıq
Yol polisi sürücülərə müraciət etdi
Yol polisindən yağışlı hava ilə bağlı xəbərdarlıq
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
DYP-dən yağışlı hava ilə bağlı xəbərdarlıq
Yol polisi piyadalara müraciət etdi
DYP sürücülərə müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 