Xətai rayonu 8 Noyabr prospektində bir müddət əvvəl çoxsaylı qəzaların baş verməsi səbəbindən ləğv edilmiş piyada keçidi bərpa edilib.
ONN media xəbər verir ki, “Socar” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı keçiddə xətlənmə işləri aparılaraq istifadəyə verilib. Lakin sakinlər burada avtomobillərin sürətlə hərəkət etdiyini və piyadavurma hadisələrinin yenidən təkrarlanacağını bildiriblər.
Ərazidən görüntülər paylaşan jurnalist Ülkər Qasımqızı buraya işıqforun qoyulmasının vacibliyini vurğulayıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov bildirib ki, ərazidə işıqforun quraşdırılması planlaşdırılır: “Əməkdaşlarımız tərəfindən ümumilikdə 8 Noyabr prospektində mərhələli şəkildə yeni işıqforlar quraşdırılacaq. Qeyd olunan əraziyə gəldikdə isə, aidiyyəti dövlət qurumu tərəfindən yola piyada zolağı çəkilib və yaxın günlərdə piyada keçidi işıqforla da təmin olunacaq. Artıq işlərə başlanılıb”.
Qeyd edək ki, görüntüdəki ərazidə əvvəllər dəfələrlə piyadaların ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib.



Bakıda bu prospekt iflic oldu- SƏBƏB NƏDİR?
Bakıda yeni ticarət mərkəzinin qarşısında təhlükəli vəziyyət
DİQQƏT- Bu yolda hərəkət bərpa olunur?
Bakıda daha bir yerüstü piyada keçidi inşa edildi
Bakının ən böyük prospektlərindən biri bağlanır
Azərbaycanda İLK - 3D formatlı piyada zolağı
Babək prospektində maşın piyadanı vurdu
Bakıda yeni çəkilmiş piyada zolağını yağış yudu – Şikayət
Bilgəhlilər yolu bağladı: hansı tədbir görüləcək?
“Başınız qarışıb sürücülük vəsiqəsi satmağa və sürücüləri pusmağa!” – Yol polisinə ağır ittiham
Bakının “hər gün qəza baş verən yolu” düzəlir - AÇIQLAMA
Bakının ən möhtəşəm piyada keçidi açılış ərəfəsində
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 