Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bəzi uşaq evlərində monitorinq keçirib, 41 nəfər cəzalandırılıb.
ONN media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Qeyd olunub ki, monitorinq tədbirləri nəticəsində 2, 3, 4 və 6 saylı Uşaq Evi sosial xidmət müəssisələrində və 1 saylı ailə tipli kiçik qrup evi sosial xidmət müəssisəsində bəzi əməkdaşların fəaliyyətlərində qeyri-peşəkar yanaşma müşahidə edilməsi, uşaqlara qarşı etinasızlıq, zorakılıq hallarının baş verməsinə şərait yaradılması, nizam-intizam qaydalarına riayət edilməsinə, sosial-psixoloji işin düzgün qurulmasına nəzarət edilməməsi, sanitar-gigiyena qaydalarına riayət olunmaması, sənədləşmə işinin düzgün aparılmaması və s. hallar aşkar edilib.
Bütün bunlar nəzərə alınaraq və müəssisə sakinlərinin mənafeyi əsas götürülərək sözügedən müəssisələrin ümumilikdə 41 əməkdaşı barəsində intizam tənbehi və xəbərdarlıq tədbirləri həyata keçirilib, onlardan 33 nəfərinə töhmət və şiddətli töhmət verilib, 8 əməkdaşa yazılı xəbərdarlıq olunub.
Bununla yanaşı, 7 əməkdaşla müqavilə müddətinin uzadılmaması qərarı ilə onların əmək müqavilələrinə xitam verilib.
Qeyd edək ki, Uşaq evi sosial xidmət müəssisələri bu ilin avqust ayında agentliyin hüquqi idarəetməsinə verilib



Evdə sosial-məişət xidmət göstərilən şəxslərin sayı AÇIQLANDI
Deputat seçilən 5 məmur işdən ÇIXARILDI
Bu uşaq bağçalarında ciddi nöqsanlar aşkarlandı
Nazirlər Kabineti bu qərarı da təsdiqlədi
40 bağça müdiri işdən qovuldu
Erkən nikah halları ilə mübarizə tədbirləri gücləndirilir
Azərbaycanda bu uşaqlarla bağlı QAYDALAR TƏSDİQLƏNDİ
Ukraynadan daha 30 uşaq Azərbaycana gətirildi
AQTA yüzlərlə nöqsan aşkarladı
DSMF-nin vəzifəli şəxsləri cəzalandırılıb
Yaşı 65-dən yuxarı tənhalara evlərində sosial xidmətlərə başlanıldı
Küçəyə atılan azyaşlılara kəskin respirator virus infeksiyası diaqnozu qoyulub
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 