Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi erkən nikahlarla bağlı preventiv tədbirləri davam etdirir. ONN media Komitəyə istinadən xəbər xəbər verir ki, erkən nikahlar daha çox yetkinlik yaşına çatmayan qızların hüquqlarının pozulmasına, ailələrin dağılmasına və məişət zəminində zorakılıq hallarının artmasına səbəb olur. Daha bir ailə faciəsi bu ilin yanvar ayında Masallı rayonunda yaşanıb. Erkən yaşında ailə quran Masallı rayon sakini Fatimə Mais qızı Hüseynova qeyri-rəsmi həyat yoldaşı İman Nurəddin oğlu Məmmədov tərəfindən ailə münaqişəsi zəminində qətlə yetirildi. Baş vermiş hadisə ilə bağlı istintaqın gedişi və bu məsələyə dair digər məlumatlar Masallı rayon İcra Hakimiyyəti tərəfindən Komitəyə təqdim edilib. Məlum olub ki, İ. Məmmədov qətllə bağlı təqsirləndirilən şəxs qismində həbs edilib və hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Təqdim edilən məlumatda həmçinin bildirilir ki, işin səmərəliliyinin artırılması məqsədilə rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu” “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya” ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir. 2020-ci il yanvar ayından etibarən Komissiya üzvləri 21 ailə ilə görüş keçirib, valideynlərlə söhbət aparıb. Həyata keçirilən fəaliyyət nəticəsində aşkara çıxan bir sıra pozuntulara görə bəzi valideynlər qanunla müəyyən edilmiş qaydada cərimələnib, bir qisminə isə xəbərdarlıq edilib. Məlumatda o da qeyd olunur ki, bu hadisədən sonra nəzarət tədbirlərinin daha da gücləndirilməsi nəticəsində Masallı rayonunda bir neçə erkən nikah faktının baş verməsinin qarşısı alınıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu” və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”lara bu istiqamətdə fəaliyyətlərinin və birgə səylərinin gücləndirilməsini tövsiyə edir, eyni zamanda ictimaiyyəti uşaq hüquqlarının qorunması ilə bağlı məsələlərdə biganə qalmamağa çağırır.
Erkən nikah halları ilə mübarizə tədbirləri gücləndirilir



Cəmiyyəti ciddi narahat edən erkən nikah problemi: Həkimlərdən XƏBƏRDARLIQ
Azərbaycanda erkən nikahlar daha çox hansı bölgədə olur?
DİQQƏT- Bu valideynlər cəzalanacaq
Masallıda ər 16 yaşlı həyat yoldaşını AMANSIZLIQLA QƏTLƏ YETİRDİ
11 yaşlı qızın qardaşının da psixoloji dəstəyə ehtiyacı var - KOMİTƏ
Azərbaycanda daha bir qadın cinayəti: 20 yaşlı arvadını bıçaqladı
Dövlət Komitəsinin yeni tərkibi təsdiqləndi - QƏRAR
Masallıda 16 yaşında ərə verilən qız öldü - Dövlət qurumları hərəkətə keçdi
Yetkinlik yaşına çatmayan qız doğuş həyata keçirdi - GƏNCƏDƏ
Azərbaycanda gəlin qayınanasını vurdu - XƏSTƏXANALIQ OLDU
Valideynlər buna görə həbs edilə bilər
Samuxda gəzmək adı ilə 17 yaşlı qızı qaçırdılar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 