Prezident İlham Əliyevin sərəncamı ilə Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.
Qeyd edək ki, Azərbaycanda rektorlar 5 il müddətinə təyin edilir. Elbrus İsayev 2019-cu ilin 3 dekabr tarixində Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib və bu gün səlahiyyət müddəti bitib.
Azərbaycanda qanunvericiliyin geriyə qüvvəsi olmadığı üçün sözügedən qayda 2018-ci ilin dekabr ayından əvvəlki rektorlara aid edilmir.
Elbrus Saleh oğlu İsayev 7 oktyabr 1979 – cu il tarixdə Naxçıvan MR, Babək rayon Məzrə kəndində anadan olub. Orta təhsilini Naxçıvan şəhər 11 saylı orta məktəbdə alıb. 2000 –ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin tarix ixtisasını, 2002-ci ildə isə həmin universitetin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib, Heydər Əliyev adına təqaüdə layiq görülüb. 2001-ci ildə təhsil sahəsində uğurlara görə “İlin ən yaxşı gənci” müsabiqəsinin qalibi olub. 2000-2004-cü illərdə Naxçıvan şəhər 11 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərib. 2002-2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb. 2008-ci ildən Naxçıvan Dövlət Universiteti “Beynəlxalq münasibətlər” kafedrasının dosentidir.
2008-2012 –ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı vəzifəsində çalışıb, 2013-2014-cü illərdə “Naxçıvan” Universitetinin “Humanitar Elmlər” kafedrasının müdiri işləyib.
2014-2018-ci tədris illərində “Naxçıvan” Universiteti “İdarəetmə” fakültəsinin dekanı vəzifəsində çalışıb, eyni zamanda həmin Universitetin “Beynəlxalq münasibətlər” kafedrasının dosenti olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 avqust 2018-ci il tarixli sərəncamı ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilib, 3 dekabr 2019-cu ilədək instituta rəhbərlik edib.
Ölkə başçısının 3 dekabr 2019-cu il tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.
2006-cı ildə “Böyük İpək yolu və Naxçıvan” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
1998-2001 –ci illərdə Naxçıvan Dövlət Universiteti Gənclər Təşkilatının sədri, 2001-2008-ci illərdə isə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursu keçib. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio verilişləri Komitəsində ictimai-siyasi şöbənin redaktoru kimi fəaliyyət göstərib, 50-dən artıq tarixi-siyasi və sənədli televiziya verlişlərinin müəllifidir. Əsas tədqiqat sahəsi beynəlxalq mədəni-iqtisadi və diplomatik əlaqələrin tarixidir. ABŞ, Cənubi Koreya, Malaziya, Almaniya, Portuqaliya, Rusiya, Gürcüsan, Türkiyə, Türkmənistan və İranda keçirilən bir sıra beynəlxalq simpozium və konfranslarda iştirak etmiş, ingilis, rus, alman, fars, türk, türkmən və Koreya dillərində elmi əsərləri çap olunub. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.



Naxçıvan Müəllimlər İnstitutuna YENİ TƏYİNAT
Nazir bu xanıma YÜKSƏK VƏZİFƏ verdi
Prezidentin təyin etdiyi icra başçısı kimdir?- Dosye
Nurlana Əliyevaya yüksək VƏZİFƏ VERİLDİ - SƏRƏNCAM
Prezidentin yüksək vəzifə verdiyi Bəşir Hacıyev kimdir? - DOSYE
Azərbaycanda məşhur universitet ləğv olundu
Azərbaycanda ən yaşlı və ən gənc rektorlar – SİYAHI
Seymur Talıbovun yerinə gətirilən xanım kimdir?
Naxçıvan Baş Gömrük İdarəsinə təyin olunan şəxs kimdir?- Dosye
Başçı təyin edilən gənc deputat kimdir? – Video
Talıbovla bağlı daha bir qanunsuzluq üzə çıxdı
28 iyun Vaqif Məmmədovun doğulduğu gündür
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 