Naxçıvan Dövlət Universitetinə yeni prorektor təyin edilib.
ONN media Metbuat.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Aidə Cəlilzadə gətirilib. O, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub.
Aidə Məhəmməd qızı Cəlilzadə 24 may 1987-ci ildə Babək rayon Babək qəsəbəsində anadan olub. 1993-2004-cü illərdə Babək qəsəbə orta məktəbini bitirərək 2004-2005-ci illərdə Gələcək Liderlər Mübadiləsi (FLEX) proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarında təhsil alıb.
Təhsil müddətini uğurla başa vurduğu və dövlət imtahanından uğurla keçdiyi üçün ABŞ dövlətinin rəsmi diplomunu almağa haqq qazanmış, sertifikatlar və medalla təltif olunub.
2004-2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin “İngilis dili” ixtisası üzrə bakalavr təhsili alıb və bu təhsil pilləsini qırmızı diplomla bitirib.2006-cı ildə Ali məktəb tələbələrinin XI Respublika fənn olimpiadasında ingilis dili üzrə I yerə layiq görülərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomu ilə təltif olunub.
2006-2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur.2009-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə magistr təhsili almış və əla qiymətlərlə məzun olub.
2009-2011-ci illərdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsində tütor vəzifəsində çalışıb, 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin “İngilis dili və tərcümə” kafedrasının müəllimi kimi fəaliyyət göstərir. 2014-cü ildən Naxçıvan Dövlət Universitetinin dissertantıdır. 6 elmi və publisistik məqalənin müəllifidir. Bir sıra regional və respublika səviyyəli konfransların, beynəlxalq layihə və təlimlərin, beynəlxalq ixtisasartırma və onlayn kursların iştirakçısı olmuş və nailiyyətlərinə görə sertifikatlara layiq görülüb.
O, 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VI çağırış deputatı seçilib.
Həmçinin Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov idi. O, bu vəzifədən 2022-ci ilin dekabrında göndərilmişdi.



Prezidentin təyin etdiyi icra başçısı kimdir?- Dosye
"Qarabağ" universitetində yeni təyinat olub
Əfqan Abdullayevə YÜKSƏK VƏZİFƏ VERİLDİ
Rabitə nazirliyinə yeni mətbuat katibi təyin edildi
Yeni nazir özünə müşavir təyin edib – Qəhrəman Kazımov kimdir?
Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir?
Mərkəzi Banka baş direktor təyin olundu
Təhsil Nazirliyində yeni təyinat
BDU-nun rektoru həyatını itirdi
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Prezident onu nazir müavini təyin etdi
Nazir bu xanıma YÜKSƏK VƏZİFƏ verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 