Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmri ilə professor Mahirə Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub. ONN media bildirir ki, bu barədə Universitetin mətbuat xidmətindən məlumat verilib. Professor Mahirə Hüseynova 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinifinə daxil olub, orta təhsilini Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbində davam etdirib. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) Filologiya fakültəsinə daxil olub. Təhsil aldığı illərdə xüsusi fəallığı ilə seçilib və 1984-cü ildə fərqlənmə diplomu ilə məzun olubr. Məzun olduqdan sonra bir müddət orta məktəbdə müəllim işləyib, fəaliyyəti dövründə Təhsil Nazirliyi tərəfindən "Respublikanın qabaqcıl təhsil işçisi" adına layiq görülüb. 2003-cü ildə "İlin nümunəvi müəllimi" Respublika müsabiqəsinin qalibi olub, I dərəcəli diplom alıb. 2012-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək "filologiya üzrə fəlsəfə doktoru" elmi adını alıb. 2015-ci ilin mayında ADPU-nun Müasir Azərbaycan dili kafedrasının dosenti, dekabrında isə müdiri olub. Mahirə Hüseynova 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini alıb. 1 il sonra isə ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru seçilib. 2018-ci ildən indiyə qədər ADPU-nun "Filologiya" fakültəsinin dekanı vəzifəsində çalışıb. Mahirə Hüseynova həmçinin Prezident təqaüdçüsü, "Qızıl qələm" və "İlin alimi" Media Mükafatı laureatıdır. Mahirə Hüseynova 30-dan çox elmi, 15 bədii kitabın və 1000-ə yaxın şeirin müəllifidir. 100-dən çox şeirinə musiqi bəstələnib. (musavat.com)
Nazir bu xanıma YÜKSƏK VƏZİFƏ verdi



Tanınmış şair vəfat etdi
Bu gün İsmayıl Şıxlının doğulduğu gündür
26 iyul İsmayıl Şıxlının vəfat etdiyi gündür
22 mart İsmayıl Şıxlının doğulduğu gündür
SON DƏQİQƏ: Nailə Mirməmmədli vəfat etdi
Əfqan Abdullayevə YÜKSƏK VƏZİFƏ VERİLDİ
28 iyun Vaqif Məmmədovun doğulduğu gündür
26 iyul İsmayıl Şıxlının vəfat etdiyi gündür
Bu gün Safurə İbrahimovanın doğum günüdür
Kamal Abdullanın oğluna yüksək vəzifə verildi
Vətən müharibəsində şəhid olan müəllimlərimiz
Aydın Abiyev vəfat etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 