31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Bakı metropoliteni QSC-nin iş rejiminə və qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.
2025-ci il yanvarın 1-nə keçən gecə Bakı Metropoliteninin bütün stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Dekabrın 31-i və 2025-ci il yanvarın 1-də saat 07:00-dan 21:00-dək “28 May-Əhmədli” xəttində qatarlar 2.5 dəqiqə intervalla hərəkət edəcək.
Yanvarın 2-dən 5-dək “28 May-Əhmədli” xəttində qatarlar saat 07:00-21:00 aralığında 3 dəqiqə intervalla hərəkət edəcək. Zərurət yarandıqda, ehtiyat qatarlar xətlərə buraxılacaq.
“Bakmil” istiqamətində sərnişinlər dekabrın 31-i və yanvarın 1-də şənbə günü qrafiki, yanvarın 2-dən 5-dək isə bazar günü qrafiki ilə hərəkət edə biləcəklər.
Dekabrın 31-i gecə saatlarında sərnişin axınının çoxalacağı gözlənilən stansiyalarda, xüsusilə “Sahil”, “İçərişəhər” və “28 May” stansiyalarında tənzimləmə tədbirləri və nəzarət mexanizmləri gücləndiriləcək, təhlükəsizlik tələblərinə uyğun xüsusi giriş qaydaları tətbiq ediləcək. Sıxlığın qarşısını almaq üçün sərnişinlərdən platforma boyunca bərabər paylanmaya üstünlük verilməsi xahiş olunur.
"Bayram günlərinin xoş ovqatda keçməsi üçün neqativ hallara yol verilməməsi vacibdir. “Bakı Metropoliteni” sərnişinlərdən metronun istifadə qaydalarına, ictimai asayişə və sanitar-gigiyenik normalara ciddi riayət etməyi xahiş edir", - deyə məlumatda qeyd olunub



Bayram günü metro bu saata qədər işləyəcək
Bakı metrosunun iş qrafikində yenilik olub
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Bakı metrosunda hərəkət qrafiki DƏYİŞİR
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Həzi Aslanova artıq metro işləməyəcək?- AÇIQLAMA
Bakı Metropoliteni yay qrafikinə keçir
Bakı metrosu Bayram qrafikinə keçir
Bakı metrosu sabah 1 saat artıq işləyəcək
Metroda qatarların intervalı 2 dəqiqəyə endirildi
Həftəsonu Bakı metrosu hansı qrafikdə işləyəcək?
Bakı metrosundan istifadə edənlərin NƏZƏRİNƏ
“Araz-Naxçıvan”ın yeni prezidenti o seçildi
Bakı və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Türkiyə MN Azərbaycanı təbrik etdi
Sabahın havası: intensiv yağış, dolu...
Zakir Həsənov Azərbaycan Ordusunu təbrik etdi
Leyen bu tarixdə Azərbaycana gəlir
DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurdu
Dəfnə yarpağı ilə ürək necə müalicə edilir?
Venesuelada ölənlərin sayı 235-ə çatdı
Neft bahalaşdı
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
Günün qoroskopu: Saatlarınızı məhsuldar keçirməyə çalışın
Prezident bu ölkədəki səfirimizi geri çağırdı
Bakıya səhərə kimi leysan yağacaq – Xəbərdarlıq
Bakıda tələbələrin məzun gecəsi son anda ləğv edildi 