Novruz bayramı ərəfəsində Əfv sərəncamı imzalanması artıq illərdir ki, ənənə halını alıb və dövlətin humanist siyasətinin bir göstəricisi kimi qəbul olunur. Əfv sərəncamları əsasən müxtəlif kateqoriyadan olan məhkumların cəzasının azaldılması və ya azadlığa buraxılmasını nəzərdə tutur. Bu proses Əfv Komissiyası tərəfindən daxil olan müraciətlərə baxılması və müvafiq rəylərin hazırlanaraq Prezidentə təqdim olunması ilə həyata keçirilir. Nəticədə əfv ediləcək şəxslər barədə qərar ölkə başçısı tərəfindən verilir.
Bu sözləri Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev İmişlidə yol-nəqliyyat hadisəsi zamanı xuliqanlıq etdiklərinə görə tutulan şəxslərə qarşı dövlətin humanistlik göstərə biləcəyi haqda xəbərləri şərh edərkən deyib.
O bildirib ki, əfv sərəncamı yalnız məhkum olunmuş şəxslərə şamil edilir:
“Həmin şəxslər barəsində hazırda cinayət təqibi aparılır və onlar məhkum statusu daşımır. Əfv sərəncamı qanuna əsasən yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra məhkum olunmuş şəxslərə tətbiq olunur. Bu şəxslər barəsində isə hazırda yalnız istintaq gedir və onların təqsirsizlik prezumpsiyası var. Bu baxımdan onların əfv olunması ilə bağlı müraciətlərə baxılması mümkün deyil”.
Əliməmməd Nuriyev vurğulayıb ki, Əfv Komissiyasının əsasnaməsinə görə yalnız məhkum olunmuş şəxslərin cəzasının yüngülləşdirilməsi, qalan hissəsindən azad olunması və ya məhkumluğun götürülməsi mümkündür. Hazırda istintaq mərhələsində olan şəxslər Əfv sərəncamına daxil edilə bilməz



28 Mayda neçə məhkum əfv olunacaq? - RƏSMİ AÇIQLAMA
Növbəti əfv sərəncamı nə vaxt imzalanacaq?
Növbəti əfv sərəncamı nə vaxt olacaq?- AÇIQLAMA
Əfv sərəncamı kimlərə şamil olunacaq?
Əfv Komissiyası müraciətləri qəbul edir
Yunus Oğuz: “Prezidentin əfv sərəncamı dövlətin humanizm siyasətinin bariz nümunəsidir”
Yeni ildə əfv olacaq?- AÇIQLAMA
Əfv sərəncamı kimlərə şamil olundu?
Ombudsman əfv olunanlara müraciət etdi
Maraqlı hadisə- Məhkum azadlıqdan imtina etdi
Yeni İl ərəfəsində əfv olacaq?
Əfv sərəncamının icrasına başlanıldı
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır? 