Gözlənilən sinoptik şəraitin analizinə əsasən deyə bilərik ki, fevral ayının sonlarına doğru soyuq hava kütlələrinin təsiri nəticəsində ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı ehtimal olunur.
ONN media xəbər verir ki, bunu APA-ya Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, soyuq hava kütləsinin müdaxiləsi temperatur rejiminə də təsir göstərəcək, havanın temperaturu bu günlərlə müqayisədə aşağı enəcək.
G.Məmmədova qeyd edib ki, fevralın 14-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. 15-si səhərdən yağıntıların tədricən kəsiləcəyi, ilkin məlumatlara əsasən sonrakı 2-3 gün ərzində, fevralın 16-18-də havanın mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.
“Hava şəraitinin dəyişməsi ilə əlaqədar məlumatlar 2-3 gün öncədən KİV-ə və əlaqədar təşkilatlara çatdırılır. Eyni zamanda meteo.az mobil tətbiqindən də yenilənən məlumatları əldə etmək olar”, - deyə o əlavə edib



Hava ilə bağlı XƏBƏRDARLIQ
Hava ilə bağlı XƏBƏRDARLIQ
Yağış yağacaq, temperatur 8 dərəcə düşəcək – Xəbərdarlıq
Kəskin hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ: İntensiv qar yağacaq
Bakıda sulu qar, qar yağacaq - HAVA KƏSKİN DƏYİŞİR
Temperatur 10 dərəcə düşəcək, qar yağacaq - Xəbərdarlıq
Hava yenidən PİSLƏŞİR: Fevralın 23-ü... - XƏBƏRDARLIQ
Temperatur aşağı enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
Qarlı hava neçə gün davam edəcək? - RƏSMİ AÇIQLAMA
Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?
Əhaliyə HAVA XƏBƏRDARLIĞI: temperatur kəskin enir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 