Valideyn komitələrinin əsas funksiyası məktəblə valideynlər arasında düzgün əlaqə qurmaqdır. Lakin bəzi hallarda onlar bahalı hədiyyələr almaq üçün pul toplamaq təşəbbüsü ilə çıxış edirlər ki, bu da təhsil mühitinə mənfi təsir göstərir. Müəllimi sevindirmək üçün mütləq bahalı hədiyyələr almaq lazım deyil. Əsas olan onun əməyinə dəyər vermək və minnətdarlıq ifadə etməkdir.
Bu sözləri təhsil eksperti İlqar Orucov açıqlamasında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə bağlı Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) xəbərdarlığı haqda danışarkən deyib.
“Təəssüf edirəm ki, bu məsələ hələ də Azərbaycanın təhsil gündəmindən çıxmayıb. Halbuki müəllimin zəhmətini heç bir bahalı hədiyyə ilə ölçmək mümkün deyil. Ən böyük hədiyyə onun yetişdirdiyi uğurlu və savadlı şagirdlərdir. Müəllimlərə bahalı hədiyyələr vermək əvəzinə, simvolik bir gül və ya səmimi təşəkkür kifayətdir. Bu, həm müəllim üçün mənəvi dəyər daşıyır, həm də valideynlər üçün əlavə maliyyə yükü yaratmır”, - o bildirib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) Beynəlxalq Qadınlar Günü münasibəti ilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsinin yolverilməzliyi ilə bağlı təhsil müəssisələrinə xəbərdarlıq edib



Müəllimlərə bununla bağlı XƏBƏRDARLIQ EDİLDİ
Xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
Sibel Can elə birşey etdi ki...
Buraxılış siniflərinin şagirdlərinə XƏBƏRDARLIQ EDİLDİ: Bu tarixlərdə...
Kurslar təhsil haqqını niyə endirmir?
Bakıda müəllimdən şagirdinə qarşı utancverici hərəkət
Bu 3 qurum birləşdirilə bilər? - Ekspert
Bu şəxslər imtahan vermədən istədiyi ali məktəbdə oxuyacaq - DİQQƏT
Təhsil kreditləri almaq istəyənlərə şad xəbər
Məktəblərdə Müəllimlər Günü ilə əlaqədar pul yığılır? - AÇIQLAMA
Nazir məktəbəqədər təhsil proqramını təsdiqlədi
Bağçalara növbəyə yazılma DAYANDIRILIR
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 