Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində işğaldan azad olunan ərazilərə səfər edən şəxslərə müraciət edib.
"Novruz bayramını doğma diyarlarımızda - Qarabağda qeyd etmək istəyən, tətil günlərində işğaldan azad olunmuş ərazilərə səfər edən şəxslərədir müraciətimiz. Əziz və dəyərli vətəndaşlar, ölkəmizin xarici qonaqları! Bayramınızın şən əhval-ruhiyyədə, əmin-amanlıq şəraitində keçməsi üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq, təhlükəsizliyinizi təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirəcək. Lakin siz də üzərinizə düşən məsuliyyəti anlamalı, qaydalara biganə yanaşmamalısınız.
Bilməlisiniz ki, icazəniz varsa sərbəst və maneəsiz gediş-gəlişiniz təmin olunacaq. Müvafiq portaldan qeydiyyatdan keçərək şəxsi minik avtomobiliylə səfər edirsinizsə, ilk növbədə əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət etməlisiniz. Müvəqqəti polis postlarında Sizə təqdim edilən təlimat-bildirişlərdə də qeyd olunduğu üzrə kənar yollarla getməyinizə icazə verilmir. Əraziyə spirtli içki, tez alışan və partlayıcı maddə aparmamaq, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər etmək xahişimiz və tələbimizdir.
Bir sözlə, Şuşada, Laçında, Zəngilanda, Füzulidə, Ağdərədə və Qarabağımızın digər dilbər guşələrində bütün təhlükəsizlik qaydalarına əməl etməli, ictimai narahatlıq yaradan hallardan çəkinməli, davranışlarınızla sabitlik mühitinə xələl gətirməməlisiniz. Gəlin, bu xüsusi günlərdə hər zamankından daha çox həmrəy olaq, xətasız-bəlasız, firavan, sevgi və xoşbəxtlik dolu anlara şahidlik edək



Bayram günlərində polis gücləndirilmiş iş rejimində çalışacaq
Qarabağa getmək istəyənlərin nəzərinə!
Qarabağa getmək istəyənlərin NƏZƏRİNƏ
Azad olunan ərazilərə getmək istəyənlər ƏLƏ KEÇDİ
Qarabağa getmək istəyənlərin NƏZƏRİNƏ
Şuşaya və Ağdama getmək istəyənlərin NƏZƏRİNƏ
Ağdamda işğaldan azad olunmuş ərazilərə keçmək istəyən şəxs saxlanıldı
Polisdə yoxlamalar başladı: Manaf Ağayev qalmaqalı böyüyür
Qarabağa getmək istəyənlərin nəzərinə!
Qarabağa getmək istəyənlərin NƏZƏRİNƏ
Qarabağa getmək istəyənlərin NƏZƏRİNƏ
Azad edilmiş ərazilərə getmək təhlükəlidir - ANAMA-dan XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 