Yaşayış məntəqələri sakitliyin və təhlükəsizliyin təmin olunduğu zonalardır.
ONN media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd olunub.
Bildirilib ki, nəqliyyat vasitəsinin yaşayış məntəqəsində idarə edilməsi zamanı mühərrikin dirsəkli valının əsassız şəkildə yüksək dövriyyədə işlədilməsi və ya avtomobildə yüksək səslə musiqi dinlənilməsi cəmiyyətin qəbul etdiyi davranış qaydaları ilə uzlaşmır və ətraf mühitin ahənginə ciddi şəkildə mənfi təsir göstərir:
"Unudulmamalıdır ki, bu ərazilər yalnız nəqliyyatın hərəkəti üçün deyil, məhz insanların gündəlik fəaliyyəti və istirahəti üçün nəzərdə tutulmuş məkanlardır. Burada körpələr yatır, yaşlı insanlar dincəlir, ailələr sakitlik axtarır.
Səssiz və intizamlı hərəkət - sosial məsuliyyətin təzahürüdür. Hər bir sürücüdən gözlənilən, təkcə yol hərəkəti qaydalarına deyil, həm də ictimai davranış normalarına riayət etməkdir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri bir daha ətraf mühitin səssizliyinə hörmətlə yanaşmağa, ictimai rahatlığı nəzərə almağa çağırır



DYP sürücülərə xəbərdarlıq edib
DYP toy karvanları ilə bağlı tədbirlərə start verib
Azərbaycan vətəndaşlarına VACİB MÜRACİƏT
Yol polisi sürücülərə müraciət etdi
BDYPİ sürücülərə çağırış etdi
DYP -dən sürücülərə MÜRACİƏT
DYP bu şəxslərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Yol polisi sürücülərə və piyadalara XƏBƏRDARLIQ ETDİ
Yol polisi piyadalara müraciət etdi
Sürücülərin DİQQƏTİNƏ
DYP-dən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 