Azərbaycan qanunvericiliyinə əsasən, avtomobil hərəkətdə olduğu zaman sükan arxasında sürücülük vəsiqəsi olan məsul şəxs mütləq şəkildə olmalıdır. Avtomobil avtopilot rejimində hərəkət etsə belə, sükan arxasında sürücü yoxdursa, bu, qanun pozuntusu sayılır və avtomobil sahibi məsuliyyətə cəlb oluna bilər.
Bu sözləri açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov sürücüsüz idarə olunan avtomobillər barəsində danışarkən deyib.
Ekspertin sözlərinə görə, Azərbaycanda avtopilot texnologiyasının tətbiqi prinsip etibarilə mümkündür və bunun qarşısında duran əsas maneə hüquqi çərçivənin yenilənməməsidir:
“Sadəcə qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. Onsuz da gec-tez bu sistem Azərbaycanda da olacaq. Yaxın gələcəkdə Bakı şəhərində sürücüsüz avtomobillərin hərəkətini görə biləcəyik”.
Eldəniz Cəfərov əlavə edib ki, dünyada bu texnologiya artıq geniş tətbiq olunur və sürücüsüz avtomobillər əsasən taksi xidmətlərində və yükdaşımalarda istifadə edilir:
“Avropa Birliyinin bir sıra ölkələrində, Rusiyada, Birləşmiş Ərəb Əmirliklərində bu texnologiya artıq tətbiq edilir. Azərbaycanda da bu sistemin tətbiqi realdır və mümkündür. Hətta deyərdim ki, bu gedişlə gələcəkdə insanlar avtomobil sahibi olacaqlar, amma avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinə ehtiyac qalmayacaq. Çünki avtomobillər tamamilə pilotsuz olacaq”



Hərkəs bundan danışır- Sürücüsüz taksilər gəlir?
Payızda Azərbaycanda avtomobillər bahalaşacaq?
Narkotikin təsiri altında olan sürücü və sərnişini tutuldu
Avtomobil bazarında qiymətlər bahalaşacaq?
Bakı sakininin başına maraqlı hadisə gəlib
Sürücülərə xoş xəbər gəldi - Artıq sizi....
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
Sürücülük etibarnaməsi ilə bağlı MÜHÜM YENİLİK
Şəhər mərkəzində avtomobil idarə edən Azərbaycan Prezidentidir? — VİDEO
Bakıda İNANILMAZ YENİLİK
Azərbaycanda bu rüsumlar artırıldı - Parlament QƏBUL ETDİ
Sükan arxasında yatırsınızsa, bunlara DİQQƏT EDİN!
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 