Sentyabr-oktyabr aylarında Azərbaycanda avtomobillər bahalaşacaq.
ONN media xəbər verir ki, bunu avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, iyul ayı ilə müqayisədə avqust ayında avtomobil bazarında durğunluq hökm sürür. Satışlar 10-15% civarında azalsa da, qiymətlərdə hər hansı bir dəyişiklik yoxdur. O bildirib ki, bu ilin yaz aylarından etibarən yeni avtomobil bazarında krassover və mini krassover modellərinə maraq artıb.
“İkinci əl” avtomobil bazarında isə daha çox hibrid və dizel mühərrikli avtomobillərə maraq artıb. Bu da “Aİ-95” markalı benzinin bahalaşması ilə bağlıdır:
“Vətəndaşlar “Prius”la yanaşı, ABŞ-dan gətirilən 1,5 l. həcmli köhnə hibrid və dizel mühərrikli avtomobillərə üstünlük verirlər”.
Ekspert bildirir ki, sentyabr ayından etibarən avtomobil bazarında yenidən satışlarda canlanma yaranacaq. Əsas problem isə komfortlu yeni hibrid avtomobilləri ilə bağlı olacaq. Belə ki, elektron avadanlıq və ehtiyat hissələrində çatışmazlıq bu avtomobillərin qlobal istehsalının və satışlarının azalmasına səbəb ola bilər. Bu da yerli bazarda komfortlu avtomobil qıtlığı yarada bilər.
Ümumilikdə isə E.Cəfərov hesab edir ki, payız aylarında Azərbaycanda avtomobillər 2% civarından bahalaşa bilər:
“Məsələn, hazırda 32 min dollara satılan Yaponiya istehsalı olan yeni avtomobil 33 min dollara təklif ediləcək”.



Avtomobil almaq istəyənlərə pis xəbər
Avtomobil bazarında qiymətlər bahalaşacaq?
Avtomobil bazarında canlanma - Bu maşınlar dəbə mindi
DİQQƏT - Bakıda bu avtomobillər...
Maşın bazarında SÜKUNƏT - Nə baş verir?
Bu avtomobillər ciddi fəsadlara yol aça bilər - XƏBƏRDARLIQ
Ekspert: Avtomobillərdə ucuzlaşma gözlənilir
Maşın bazarında ucuzlaşma olacaq — EKSPERT
Maşın almaq istəyənlərə ŞAD XƏBƏR
Maşın almaq istəyənlərə ŞAD XƏBƏR
Azərbaycanda ən populyar avtomobillər hansılardır?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 