Adətən yazın son ayları – aprel və mayda havanın temperaturu artır, istilik cihazlarına ehtiyac azalır. Lakin bu il hava gözlənilənin əksinə olaraq sərin keçir və bir çox insan evində kombini yandırmaq məcburiyyətində qalır. Bu isə həm təbii qaz, həm də elektrik enerjisi sərfiyyatını artırır.
Belə durum aylıq kommunal xərclərə, xüsusilə işıq puluna necə təsir göstərə bilər? Kommunal xərclərin artımın qarşısını almaq üçün nə kimi tədbirlər görülə bilər?
ONN media xəbər verir ki, iqtisadçı Toğrul Vəliyev Globalinfo.az-a açıqlamasında Azərbaycanda hər evin istilik təchizatı ilə təmin olunmadığını qeyd edib.
Onun sözlərinə görə, istilik sistemi yaxşı isitmədiyi üçün Bakıda qış aylarında əksəriyyət məcbur qalıb kombidən istifadə edir:
“Yeni tikilən binalarda belə istilik təchizatı əvəzi kombi quraşdırırlar. Bu da avtomatik olaraq orta statistik ailələrin kommunal xərclərini dəfələrlə artırır. Çünki istilik sistemi daha ucuzdur, nəinki kombi. Bilirik ki, təbii qazda və ya elektrik enerjisində limiti keçdikdə qat-qat artıq ödəniş etməli olursan. Nəticə etibarilə də insanların xərcləri əhəmiyyətli dərəcədə çoxalır. Limitlərin keçməsini xüsusi ilə nəzərə almaq lazımdır. Məntiqlə havanın temperaturu aşağı düşdükdə, istilik təchizatının verilməsi davam etdirilməlidir. Əslində, havanın temperaturu çox da aşağı deyil. Sadəcə, tikilən binaların keyfiyyəti bir qədər azdır deyə istiliyə davamiyyəti olmur”.
İqtisadçının fikrincə, problem daha çox havaların sərin keçməsi yox, binaların keyfiyyəti ilə bağlıdır:
“Normalda Avropa və digər ölkələrdə son zamanlar binaların istiliksaxlama qabiliyyətinin artırılması istiqamətində addımlar atılır, yeni tələblər qoyulur. Bu, ekoloji cəhətdən də vacibdir. Çünki biz nə qədər elektrik enerjisindən, təbii qazdan az istifadə etsək, o qədər yaxşıdır. Belə bir şey etmək isə binanın istiliksaxlama qabiliyyəti ilə mümkündür. Təəssüf ki, bizdə bu istiqamətdə xüsusi tələblər olmadığı üçün yeni binalarda bunu etmirlər. Gərək, bizdə də addımlar atılsın. Amma havaların qeyri-sabit şəraitdə keçməsi müəyyən xərclərin artımına səbəb olur. Bu baxımdan xərcləri azaltmaq çətin məsələdir



Əli Əsədov qərar imzaladı
Əhaliyə şad xəbər: Vaxt uzadıldı
İstilik qiymətlərində artım olacaq? - RƏSMİ
Nazir istilik problemi olan məktəblərdən danışdı
Bu gecədən Bakıda istiliyin verilməsi dayandırılır
Əhalinin DİQQƏTİNƏ: Bu gündən dayandırılır
Əhali istilik xidmətinin 12%-nin pulunu ödəməyib
Bu gün evlərə verilən istilik bitir: Vaxt uzadılacaq?
Bodrum və Milasda yanğınlar istilik elektrik stansiyasına yaxınlaşdı
Tarif Şurasından istilik xidmətinin qiymətilə bağlı AÇIQLAMA
İstilik sistemləri ilə bağlı YENİLİK
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 