Azərbaycanda 0-3 yaşlı uşaqlara baxan valideynlər üçün çevik və qısaldılmış iş rejimi, müəyyən vəzifələr üçün onlayn çalışmaq icazələrinin qanunla tənzimlənərək tətbiq olunması mexanizmləri hazırlanmalıdır.
ONN media xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fatma Yıldırım parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında çıxış edib.
O qeyd edib ki, erkən yaşda bağçaya göndərilən uşaqlarda stress hormonlarının (kortizol) səviyyəsinin artması müşahidə olunur:
“Bu da uzunmüddətli emosional və davranış problemlərinə səbəb ola bilər. Təəssüf ki, bir çox valideyn iş rejiminin və həyat tələblərinin təsiri ilə bu dövrdə uşağı bağçaya göndərməyə məcbur olur. Nəticədə körpələr səs-küylü, yad mühitə düşür və bu, onların daxili stressini artırır. Beynəlxalq təcrübədə bu məsələyə xüsusi diqqət yetirilir. Bir çox ölkələrdə 3 yaşdan əvvəl bağçaya keçid mərhələli olur, uyğunlaşma proqramları tətbiq edilir.
Təklif edirəm ki, 0-3 yaşlı uşaqlara baxan valideynlər üçün çevik və qısaldılmış iş rejimi, müəyyən vəzifələr üçün onlayn çalışmaq icazələrinin qanunla tənzimlənərək tətbiq olunması mexanizmləri hazırlansın. Ev əsaslı baxım dəstəklənməli, dayə və ailə yardım proqramları gücləndirilməli, uşaq bağçalarında uyğunlaşma mərhələli və fərdi şəkildə həyata keçirilməli, eləcə də uşağın psixoloji vəziyyəti nəzərə alınmalıdır



Bu uşaqları məktəbə göndərməyin - Nazirlikdən xəbərdarlıq
İdeal valideyn olmaq üçün nə etmək lazımdır?
Gündə 2 saat planşetə baxan uşaqlarda...
Milli Məclisin bugünkü iclasına yaşı 65-dən çox olan deputatlar da GƏLDİLƏR
Uşaqlar arasında xəstəlik yayılıb? — AÇIQLAMA
Bu qadınların maaşı artırılacaq
Bu rayonlardan olan qızlarla bağlı Milli Məclisdə MARAQLI TƏKLİF
Azərbaycanda bu şəxslərə birotaqlı mənzillər verilə bilər
"Şəhid anası" ordeni təsis edilə bilər
Deputatdan açıqlama- "Bu içkilərin satışına məhdudiyyət qoyulsun"
Valideynlərini itirən uşağı övladlığa götürənlərə XOŞ XƏBƏR
Milli Məclisdə İNANILMAZ TƏKLİF: "... 500 MANAT VERİLSİN"
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 