"2020-ci il büdcəsində sosial yükün artırılması, bu il başlanan sosial paketin növbəti ildə də davam etdirilməsi çox müsbət hadisədir". ONN media xəbər verir ki, bu sözləri deputat Əli Məsimli Milli Məclisin iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. O əlavə edib ki, demoqrafik qocalmaya məruz qalan ölkələr müxtəlif üsullardan istifadə edərək çalışırlar ki, daha çox az adam təqaüd alsın. Deputatın sözlərinə görə, MDB məkanında da buna rast gəlinir: "Rusiyada əhalinin 30 faizi pensiyaçıdır. Azərbaycanda isə bu 13 faiz təşkil edir. Amma Azərbaycanda daha çox az adamın pensiya alması, alanların daha az məbləğ alması istənilir. Bu yaxşı konsepsiya deyil. Çalışmaq lazımdır ki, yaşlı insan üçün pensiya almaq əlçatan olsun. Azərbaycanda pensiya yaşının 65 olması artıq faktdır. Amma elə sahələr var ki, xüsusilə qadınlar ziyanlı işlərdə işlədiyi üçün bu yaşda təqaüdə çıxması doğru deyil. Bəzən deyirlər ki, müəllimlər və həkimlər pensiyaya çıxmaq istəmir, daha çox işləmək istəyirlər. Amma nəzərə alaq ki, hamı müəllim və həkim deyil. Bir sıra ölkələrdə 70 yaşından yuxarı təqaüdçülərə əlavə ödəmələr olur. Mən bu praktikanın Azərbaycanda tətbiq edilməsini təklif edirəm". Əli Məsimli əlavə edib ki, işsizliyə görə müavinətin verilməsinə baxanda görürük ki, qeydiyyata 20 min insan alınır: "Lakin daha az adama işsizliyə görə, müavinət verirlər. Haradasa 100 adamdan 6 adama müavinət verilir. Bu simvolik məna daşıyır. Məncə, bu məsələyə yenidən baxılmalıdır”. Son zamanlar mətbuatda uşaq pulu məsələsinin qaldırıldığına diqqət çəkən deputat xatırladıb ki, hökumət bu məsələyə konkret cavab verməyə tələsmir: "Yeni doğulan uşaqlara 105 manat birdəfəlik müavinət verilirdi, indi bu məbləğ 200 manat olub. Amma yeni doğulan körpələrin xərcləri daha çoxdur. Mən təklif edirəm ki, yeni doğulan körpələrə birbaşa 500 manat verilsin. Azərbaycan büdcəsi 27 milyard manatdır və bunun üçün böyük məbləğ tələb olunmur".
Milli Məclisdə İNANILMAZ TƏKLİF: "... 500 MANAT VERİLSİN"



Nazirlikdən pensiyaçılarla bağlı AÇIQLAMA
Milli Məclisdə pensiya yaşı ilə bağlı VACİB TƏKLİF
Ölkəmizdə pensiya yaşı artırılır?
Azərbaycanda yaşa görə pensiya artırılır
Azərbaycanda pensiya, müavinət və təqaüdlər artırılacaq - Prezident SƏRƏNCAMI
Pensiya alanların NƏZƏRİNƏ
Azərbaycanda pensiyalar artırılacaq? - RƏSMİ
Pensiya yaşı azaldılacaqmı? - Sədrdən açıqlama
Vətəndaşın aldığı pensiya onun dərman tələbatını ödəmir - Deputat
Uşaqpulu ilə bağlı məsələ Milli Məclisdə müzakirə olundu
Azərbaycanda pensiyalar artacaq? - Nazirlikdən AÇIQLAMA
Pensiya yığımı kredit və kommunal ödənişlərə də istifadə edilsin - Deputatdan təklif
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 