Son vaxtlar uşaqlar arasında soyuqdəymə halları artıb. Azyaşlı uşaqlarda, xüsusilə bağça və məktəb yaşlılar arasında burun axması, asqırma, qusma, ishalla müşahidə edilən yüngül xəstəlik valideynləri narahat edir. Bu qripin yeni növüdür, yoxsa fəsillə əlaqədar immun zəifliyi?
ONN media bildirir ki, məsələ ilə bağlı oxu.az-a pediatr Vaqif Qarayev açıqlama verib: “Qrip olduqca ciddi xəstəlikdir. Amma bu qrip simptomları kimi qiymətləndirilmir. Kəskin respirator xəstəliklərdir. Mövsümlə əlaqədar hava şəraiti dəyişkən keçir. Valideynlər uşaqları nazik geyindirir, bu səbəbdən də soyuqdəymə müşahidə edilir. Bu gün azyaşlı uşaqların immun sistemi zəif olduğu üçün bu xəstəliklərə daha tez yoluxurlar”. V.Qarayev uşaqlar arasında qusma və ishalla müşahidə edilən yoluxucu virusların olduğunu da qeyd edib: “Bu viruslardan mədə-bağırsaq sisteminə təsir edən “koksaki” virusu daha çox yayılıb. Amma epidemiya səviyyəsində deyil. Körpə uşaqlarda müşahidə edilərsə, hökmən müalicəyə ehtiyac var. Orqanizm çox su itirdiyi üçün uşaqlarda halsızlıq yarada bilər. Panika doğuracaq səviyyədə olmasa da, valideynlərə tövsiyə edərdim ki, uşaqları qorusunlar. Əksər hallarda bağçaya, məktəbə gedən uşaqlar bu xəstəliyə hava damcı yolu ilə yoluxur. Onların immun sistemi zəif olduğundan uşaq kollektivlərində yoluxma tez-tez və asan olur. Bu özünü bəzən dəridə yüngül səpki formasında da büruzə verə bilir. Yaxşı olardı ki, immun sisteminin gücləndirilməsi üçün uşaqların qida rasionuna, eləcə də geyimlərinə diqqət edilsin”.Uşaqlar arasında xəstəlik yayılıb? — AÇIQLAMA



VALİDEYNLƏRİN DİQQƏTİNƏ- İki virus yayılıb
Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA
Son günlər uşaqlar arasında yayılan xəstəlik nədir? - AÇIQLAMA
Uşaqlar arasında bu xəstəlik yayılıb - XƏBƏRDARLIQ
Koronavirus hansı uşaqlar üçün təhlükəlidir?
Yeni virusun yayılması ilə bağlı RƏSMİ MƏLUMAT
Uşaqlar arasında yeni virus yayılıb - Nazirlik
Nazirlik həyəcan təbili çaldı: Yeni virus...
Azərbaycanda uşaqlar arasında mədə-bağırsaq xəstəlikləri artıb
Valideynlərin DİQQƏTİNƏ-Yeni infeksiya yayılıb
Azərbaycanda 17 nəfərdə A tipli qrip aşkar edilib
Amerikadakı ölümcül qripin ölkəmizə gəlmə riski var - həkimdən SOS
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 