Şanlı tariximizin son 30 ilinə nəzər salsaq, çox ağır, təhlükəli, eyni zamanda çox şərəfli günlərini geridə qoyduq. Bu 30 ildə bir çox hadisələrin şahidi olduq.
Hər kəsin qələmi vətən, xalq, dövlətçilik naminə yazmır. Hər kəsin sinəsi Vətən naminə qalxana çevrilmir. Hər kəs Vətən naminə canını qurban verməyə hazır olmur və qurban da vermir.
Bu proseslər zamanı ziyalıların da rolu önəmlidir. Lakin əfsuslar olsun ki, bu ada hər iddia edən də əsl ziyalı ola bilmir. Ziyalı olmaq mənim baxış bucağımdan diplomu-ali təhsili olmaq demək deyil. Elə diplomlular var ki, Vətənin, Dövlətin xalqın ən ağır zamanlarında özlərini komufulyaj edərək "suyun dibinə" cumaraq "nəyimə lazımdır" deyərək öz üfünət verən cəmdəklərini Vətənin qara günlərində, xalqın rus imperiyasına qarşı Azadlıq mücadiləsində, yenicə qazanılmış dövlətçiliyimizin məhv edildiyi, məkrli qüvvələr tərəfindən Vətən torpaqlarını dörd yerə parçalanmaq təhlükəsində kənara çəkdilər, görməzdən gəldilər. Bəla da burasındadır ki, belələrinin böyük əksəriyyəti dünən də, bu gün də yenə də Vətəndən, Dövlətdən bəhrələnməkdə utanmadan, həya etmədən qidalanırlar. Mən bu yazımda belə yaramazlardan danışmayacam. Milli mətbuat günümüzün 150 ili tamam olan bir gündə, 65 il şərəfli ömür yolu qət etmiş və onun da 50 ilini mətbuatımıza xidmət etmiş, milli azadlıq hərəkatında rus imperiyasına qarşı xalqımızın şərəf savaşına qalxdığı zaman ləyaqətlə mücadilə edən, Azərbaycanımızın müstəqilliyinin bərpasında böyük xidmətləri olan, tarixin gizli qatlarında uyuyan şanlı tariximizi gənc nəslə çatdıran, milli kimliyimizi-dədə kökümüzü daima təbliğ edən, turançı, tarixi romanların müəllifi, daima cəmiyyətimizdə əsl ziyalı mövqe ilə seçilən, Olaylar İnformasiya Agentliyinin və Olaylar qəzetinin baş direktoru, yazıçı - publisist Yunus Oğuzun 65 yaşı tamam olması münasibətilə təbrik edirəm. Belə bir uzlaşma da Tanrının Yunus Oğuza göstərdiyi bir lütfdür. 150 milli mətbuatın yaşı, 65 Yunus Oğuzun, 50 il isə jurnalistlik fəaliyyəti!
Hörmətli Yunus Oğuz, Tanrıdan sizə möhkəm can sağlığı arzu etməklə yanaşı Vətən torpaqlarında dədə ruhların nuru ilə qorunan dədə kökümüzün şanlı səhifələrini cəmiyyətimizə çatdırmaqda sizə uğurlar arzu edirəm.
Cavid İsmayıl
Turan Araşdırma ib-nin sədri



Yunus Oğuza ağır itki üz verib
Onlar düşməndən də təhlükəlidir - Cavid İSMAYIL yazır
Ziyalılarımızı “Otel otağı”nda itirməyək – Cavid İSMAYIL yazır
Siz bu torpaqlara heç vaxt sülh gətirməmisiz – Cavid İSMAYIL yazır
SİMASIZLARA... – Cavid İSMAYIL yazır
Yunus Oğuz ziyalılığı...- Cavid İsmayıl yazır
Başçının diqqəti və fikri hansı səmtdədir? – Cavid İSMAYIL yazır
İstanbulda baş verən 6,2 ballıq zəlzələ ANI
1 mart Zümrüd Axundovanın doğulduğu gündür
Qulağınız Narışkinlərdə deyil, Vətənin səsində olsun, yoldaş Abdullayev! - Cavid İSMAYIL yazır
O, adı kimi Dövlətçiliyə sadiqdir – Cavid İsmayıl yazır
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 