Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlarına birdəfəlik pul mükafatı veriləcək.
ONN media İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 19 sentyabr 2025-ci il tarixinə SOCAR-ın işçi siyahısında olan əməkdaşlara (idarə heyətinin üzvləri istisna olmaqla) bir dəfəlik olaraq 500 manat məbləğində mükafat veriləcək.
Qeyd olunub ki, SOCAR əməkdaşları 20 sentyabr - "Neftçilər günü" peşə bayramı münasibətilə mükafatlandırılacaq.
Belə ki, sözügedən əmr neftçilərin ölkəmizin iqtisadiyyatında rolu və peşə bayramının yüksək səviyyədə qeyd olunduğu nəzərə alınaraq, respublikanın neft strategiyasının həyata keçirilməsində əməyi olan SOCAR işçilərinin peşə bayramı münasibəti ilə imzalanıb.
Qeyd edək ki, Azərbaycanın müasir neft strategiyasının dayanıqlı inkişafının əsası xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə 20 sentyabr 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ilə qoyulub. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli 558 nömrəli Fərmanı ilə 20 sentyabr tarixi "Neftçilər günü" peşə bayramı kimi təsis edilib.
Bu şəxslərə 500 manat pul ödənəcək



ŞAD XƏBƏR- Bu qurumlarda 13-cü maaş veriləcək
Süleyman Qasımov Rövşən Nəcəfovun müşaviri təyin edildi
SOCAR-ın nəzdində yeni şirkətlər yaradıldı
SOCAR-dan benzinin bahalaşmasına MÜNASİBƏT
SOCAR ötən il Gürcüstana 52.1 milyon dollar investisiya yatırıb
“Azneft” İB “Caspian Business Award 2021” mükafatı ilə təltif edilib
SOCAR-ın yanacaqdoldurma məntəqəsi vuruldu
DİQQƏTLİ OLUN- SOCAR-a işə düzəltmək adı ilə...
SOCAR-da mühüm yeni TƏYİNAT
SOCAR-ın bütün işçilərinin maaşı artırıldı
SOCAR-ın 3 keçmiş vitse-prezidentinə vəzifə verildi
SOCAR adını dəyişdirdi
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK
Bu ölkə İrana nota verdi 