30 sentyabr 2025-ci il tarixində “Azerfon” MMC-nin ("Nar" ticarət nişanı) rəhbərliyində dəyişiklik olub. Şirkətin baş icraçı direktoru Qunnar Panke karyerasında yeni mərhələyə başlamaq məqsədilə tutduğu vəzifədən ayrılıb.
“Bu gün, 8 ilə yaxın müddətdə “Nar”da davam edən fəaliyyətim tamamlanır. Bu illər ərzində məqsədimiz sərfəli brend olaraq müştərilərimizə yüksəkkeyfiyyətli məhsul və xidmətlər təqdim etmək olub. “Nar – Sənə ən yaxın” şüarı ilə insanların həyatına müsbət təsir edən bir sıra layihələr həyata keçirdik, ilklərə və önəmli nailiyyətlərə imza atdıq. “Nar” komandası ilə birlikdə əldə etdiyimiz uğurlarla fəxr edir, komandanın hər bir üzvünə təşəkkür edərək minnətdarlıq hissi ilə “Nar”dan ayrılıram”, - deyə Qunnar Panke bildirib.
“Nar” fəaliyyəti dövründə göstərdiyi yüksək peşəkarlıq, əzmkarlıq və əldə olunan nailiyyətlərə görə Qunnar Pankeyə təşəkkür edir, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayır.
“Nar” baş icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı məlumatı yaxın zamanda ictimaiyyətə təqdim edəcək.
2007-ci ildə fəaliyyətə başlayan “Azerfon” MMC (“Nar” ticarət nişanı) qısa müddətdə ölkənin telekommunikasiya sahəsində aparıcı şirkətlərdən birinə çevrilib. Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
“Nar”ın rəhbərliyində dəyişiklik olub



"Bakcell"ə yeni rəhbər təyin olundu - FOTO
Beynəlxalq Bankın rəhbərliyində dəyişiklik – Yeni təyinatlar
Azərbaycanda yeni şirkətin açılışı olub
"Qarabağ"ın futbolçusu komandanı tərk etdi
BP-nin icraçı direktoru: Rövnəq və Elşadla işləmək...- YENİLƏNİB
Vergilər İdarəsinin rəhbərliyində dəyişiklik edilib
“Nar”dan gənclərə növbəti iş fürsəti
Bu institutlara yeni təyinatlar olub
Mərkəzi Elmi Kitabxanaya yeni direktor TƏYİNATI
"Şəffaflıq Azərbaycan"a yeni direktor təyin edildi
Azərbaycanın mobil operatoru öz smartfonunu buraxacaq
İlham Əliyev Ağdamda forumda çıxış edir
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK
Bu ölkə İrana nota verdi 