Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) rəhbərliyində kadr dəyişikliyi baş verib.
Bankdan ONN media-ya verilən məlumata görə, Emil Əmirov ABB-də informasiya texnologiyaları üzrə baş direktor vəzifəsinə təyin edilib. Bank texnologiyaları, eləcə də kart prosessinq sahəsində böyük təcrübəyə malik E.Əmirov Bankda elektron bankçılıq istiqamətinin inkişafı məsələləri ilə məşğul olacaq.
Bank sektorunda 2003-cü ildən fəaliyyət göstərən E.Əmirov Azərbaycan Mərkəzi Bankının bölmə rəhbəri, “MilliKart” prosessinq mərkəzinin icraçı direktorunun müavini, AtaBank ASC-nin icraçı direktoru vəzifələrində çalışıb. Son təyinata qədər isə “Azərbaycan Beynəlxalq Bankı”nın törəmə müəssisəsi olan “Azərikard” prosessinq mərkəzinə rəhbərlik edib. Emil Əmirov “Azərbaycan Beynəlxalq Bankı”nın informasiya texnologiyaları üzrə baş direktoru vəzifəsində Cəlal Orucovu əvəzləyib.
“Azərikard” prosessinq mərkəzinin baş direktoru vəzifəsinə isə Fərid Quliyev təyin olunub. Fərid Quliyev son təyinata qədər müxtəlif maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışıb.
ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



ABB Rusiya və Gürcüstan bazarını tərk edir
Beynəlxalq Bankın rəhbərliyində yeni təyinatlar
“Bank of Baku” rəhbərliyində yeni təyinat
ATV- də yeni TƏYİNAT
Prezident ona YÜKSƏK VƏZİFƏ verdi
Prezidentin təyin etdiyi yeni köməkçi kimdir?- Dosye
Bu bankın rəhbərliyində YENİ TƏYİNATLAR var
İlham Əliyevdən yeni təyinat - Sərəncam
Mərkəzi Bankın beynəlxalq standarta uyğunluğu təsdiq edildi
Bu şəxslərə vəzifə verildi - Siyahı
Azərbycanın bu bankı özəlləşdirilir
Prezident İlham Əliyevdən YENİ TƏYİNAT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 