Fövqəladə Hallar Nazirliyi bayram günlərində avtomobillərin nizamsız parklanmasıyla bağlı əhaliyə müraciət edib.
Bu barədə nazirlikdən məlumat verilib.
Müraciətdə bildirib ki, dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini, əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər:
"Müşahidələrə, habelə həyata keçirilən yanğın-xilasetmə əməliyyatlarının ümumi təhlilinə əsasən təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda pərakəndə şəkildə, binaların girişlərində və həyətlərində, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında nizamsız park edilmiş avtomobillər fövqəladə hadisə zamanı yanğınsöndürmə, xilasetmə və digər iriqabaritli xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə maneə yaradır, habelə yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir".
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bayram günlərində şəxsi avtomobillərin kütləvi parklanması ilə bağlı yarana biləcək mümkün təhlükələri nəzərə alaraq, vətəndaşlara müraciət edərək bildirir ki, yanğın və digər fövqəladə hadisələr zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binalara maneəsiz yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir
FHN əhaliyə xəbərdarlıq etdi



FHN bununla bağlı müraciət etdi
FHN bu sürücülərə müraciət etdi
Bakının mərkəzində yanğınsöndürənlərin hərəkəti mümkünsüz oldu
Bu yaşayış kompleksində yaşayanların NƏZƏRİNƏ
FHN bu sürücülərə müraciət etdi
FHN əhaliyə yenidən müraciət etdi
FHN sürücülərə müraciət etdi
SON DƏQİQƏ: Bakıda bina yanır
FHN tonqallarla bağlı əhaliyə müraciət etdi
Nazirlikdən hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ
FHN hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi
Nazirlikdən Novruz bayramı ilə bağlı əhaliyə MÜRACİƏT
Kənan Doğulu və Beren Saat sərbəst buraxıldı
DÇ-2026: Futbol həyəcanı ölümə səbəb oldu
Temperatur 35 dərəcəyə yüksələcək
Böyük yazıçı İsa Muğannanın doğumundan 98 il ötür
Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət
İlham Əliyev Putini təbrik etdi
Saqqızda 21 yaşlı gənc minaya düşdü
DYP məzunlara və valideynlərə müraciət etdi
Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?
Səhər acqarına sarımsaq udmaq nəyə xeyirdir?
Pensiyaçılara şad xəbər
DÇ-2026: Daha 2 maraqlı oyun..
Neft kəskin ucuzlaşdı
Günün qoroskopu: Müzakirə etməkdən yayının
Pakistanda etirazlar: 15 nəfər öldürüldü 