"Paytaxtda 25 yeni dəmir yolu stansiyasının inşası ilk baxışdan sadəcə iri miqyaslı layihə kimi səslənsə də, əslində bu təşəbbüs Bakının nəqliyyat sistemində keyfiyyətcə yeni mərhələnin əsasını qoyur".
Bu sözləri açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib
Onun sözlərinə görə, məsələ yalnız yeni stansiyaların sayında deyil, onların şəhərdaxili və şəhərətrafı hərəkətə göstərəcəyi real təsirdədir:
"Bu stansiyalar minlərlə sakinə daha yaxın və sürətli ictimai nəqliyyat imkanı yaradaraq paytaxtın avtomobil tıxaclarından azad olunmasına ciddi töhfə verə bilər.
Xüsusilə vacib məqamlardan biri Bakı üzrə planlaşdırılan layihələr çərçivəsində Keşlə yük stansiyasının Böyük Şor istiqamətinə daşınmasıdır. Qeyd olunan dəmir yolu xətti indiyədək əsasən yük qatarlarının hərəkəti üçün istifadə olunurdu. Yeni layihə bu sahəni sərnişin daşımalarına da açmaqla Abşeron yarımadasında dairəvi dəmir yolu hərəkətinin formalaşdırılmasına imkan verəcək. Texniki baxımdan bu xətt "Abşeron dairəvi dəmir yolu" funksiyasını yerinə yetirəcək və mövcud iki yarımdairəvi marşrutu birləşdirərək fasiləsiz hərəkəti təmin edəcək.
Layihə tam icra olunduqdan və 25 yeni stansiya istifadəyə verildikdən sonra qatarların hərəkət intensivliyi əhəmiyyətli dərəcədə artacaq. Bu isə paytaxt üçün strateji əhəmiyyət daşıyan çoxmərkəzli şəhər modelinin formalaşmasına real zəmin yaradacaq. Belə ki, Xırdalan və ətraf ərazilərdə yaşayan sakinlər artıq şəhər mərkəzinə, xüsusilə 28 May ərazisinə daxil olmadan birbaşa Koroğlu, Bakıxanov istiqamətinə, gələcək mərhələdə isə Hövsan, Qala və Binə istiqamətlərinə rahat şəkildə hərəkət edə biləcəklər".
Ekspert həmçinin deyib ki, bu dəyişikliklər sərnişinlər üçün həm vaxt itkisini minimuma endirəcək, həm də şəhər mərkəzində artıq yüklənmiş əsas magistralların və küçələrin yükünün azalmasına səbəb olacaq:
"Nəticədə nəqliyyat axınları daha balanslı şəkildə fərqli istiqamətlər üzrə paylanacaq. Qeyd olunan Hövsan, Qala və Binə istiqamətləri ilə yanaşı, Zabrat, Maştağa, Bağlar, Bakıxanov, Suraxanı və digər ərazilərdə yol və dəmir yolu infrastrukturunun yenilənməsi və bərpası 2030-cu ilə qədər nəzərdə tutulan dövlət proqramının əsas tərkib hissəsidir. Bu proqram çərçivəsində həm yeni dəmir yolu xətlərinin çəkilməsi, həm də müasir qatarların alınması planlaşdırılır.
Eyni zamanda hazırda Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yük daşımalarının şəhər ərazisinə daxil olmaqla həyata keçirilməsi əlavə sıxlıq yaradır. Bu problemin aradan qaldırılması məqsədilə Tağıyev-Sahil dəmir yolu xəttinin bərpası məsələsi gündəmdədir. Sözügedən xəttin yenidən istismara verilməsi yük qatarlarının şəhər mərkəzinə daxil olmadan yönləndirilməsinə imkan yaradacaq və yük trafikinin daha səmərəli idarə olunmasına xidmət edəcək".



Bursada sürətli qatar xətti inşa olunacaq - Nazir
Bakı-Sabunçu elektrik qatarından istifadə edənlərə VACİB XƏBƏR
Bakıda yeni nəqliyyat növləri yaradılacaq
Dəmir yolu stansiyaları ilə bağlı YENİLİK
Bakı-Sumqayıt qatarından istifadə edənlərin NƏZƏRİNƏ
Qurbanov: "Ölkəyə əlavə 50 sərnişin qatarı, 4000-ə yaxın yük vaqonu lazımdır"
Zabratda avtomobil alt keçidi istifadəyə verilib
Gəncə qatarı Bakı-Sumqayıt xəttinə əlavə edildi
Sabahdan Sabunçuya elektrik qatarlarının hərəkəti bərpa edilir
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınacağı vaxt açıqlanıb
Zabrat-Maştağa ərazisində yaşayanların NƏZƏRİNƏ
Azərbaycanda bir İLK- BU DƏMİR YOLU...
Kömür mədəni uçdu- ÖLƏNLƏR VAR
İrana yeni səfir təyin olundu
Bakının mərkəzində yol çökdü
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
Bu şəxslər hərbi xidmətə çağırılmayacaq
Neftimizin qiyməti 95 dollara düşüb
Messi 117-ci qolunu vurdu - 911-ci dəfə fərqləndi
Yeni yol qaydaları qalmaqal yaratdı – Ekspertin izahı
Bu həblər xərçəng yaradır - Ekspertdən xəbərdarlıq
Xəzər dənizində zəlzələ oldu
Həkimdən günəş yanığı ilə bağlı xəbərdarlıq
Bakıda taksi xidməti kəskin bahalaşdı
Formula 1 üçün nə qədər vəsait ayrılıb?
Sabahın havası açıqlandı
Bərdədə hərbiçimiz faciəvi şəkildə həlak oldu 