Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.
ONN media-nın məlumtına görə, fətvada deyilir:
"Bağışlayan və Mərhəmətli Allahın adı ilə!
Qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri, Rəbbimizin insanlığa lütf və inayətinin rəmzi olan mübarək Qurban bayramı gəlir. Bütün səmavi dinlərin əziz tutduğu, Həzrət İbrahim əleyhissalamın əhdi və Həzrət İsmayıl əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün əsrlər boyudur ki, dünyamıza ümumbəşəri birlik və insanpərvərlik mesajını çatdırır.
Müsəlman aləmi üçün əziz olan mübarək Eyd-əl-Əzha ərəfəsində Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası ənənəvi olaraq Qurban bayramına dair tövsiyələrini çatdırmağı vacib bilir:
Bildiririk ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək yalnız Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulmuşdur. Digər yerlərdə isə imkanı olan şəxslərin qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir ailələrə paylamaq - böyük savab sayılır. Uca Allah müqəddəs Qurani-Kərimdə qurbanlığın dəyərini deyil, xeyirxah və təmiz niyyətin əhəmiyyətini vurğulayır: "Onların (qurbanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Ona çatan yalnız sizin təqvanızdır..." (Həcc; 37). Mübarək ayədəki ilahi hikmətə inanan hər kəs Qurban ibadətinin mahiyyətini təhrif etməkdən, bidətçi yanaşmalardan çəkinməlidir.
Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, fəqət əziz Peyğəmbərimizin (s) tövsiyəsinə görə, imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir il, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 27 may tarixinə təsadüf edəcəkdir. Bu il Türk Dövlətləri Təşkilatı Dini idarə rəhbərləri Şurasının 18 may 2026-cı ildə qəbul edilən yekdil fətvası ilə bayram günü 27 may tarixi kimi təsdiqlənmişdir. Şəriətə uyğun olaraq Qurban kəsimi 27 may tarixindən başlayaraq 3 gün davam edə bilər. May ayının 27-də məscidlərimizdə Bayram namazları qılınacaqdır, inşaAllah.
Аzərbаycаndа Qurbаn Bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elаn edilmişdir. Dövlətimizin dindarlara olan özəl diqqətinə görə təşəkkürümüzü bildirir, milli-mənəvi dəyərlərimizin hamisi dövlət başçımız Zati-aliləri İlham Əliyev cənablarını və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı bayram münasibətilə təbrik edir, ailələrinə dindarlarımızın xeyir-dualarını yetirir, dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafı naminə xeyirxah və səmərəli fəaliyyətlərinə uğurlar arzulayırıq.
Həzrət Peyğəmbər (s) hədisi-şəriflərinin birində buyurmuşdur: "Adəm oğlu Qurban bayramı günündə Allah üçün qurbanlıq kəsməkdən daha gözəl bir iş edə bilməz". Bu ibadətin gözəlliyi ondan ibarətdir ki, insanı Allaha yaxınlaşdırır, təvazökarlığı, itaətkarlığı və xeyirxahlığı təlqin edir, müsəlmanlar arasında ictimai birliyi və ünsiyyəti, sevgi və qardaşlıq əlaqələrini gücləndirir. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs bayram günlərində Vətənimiz və millətimiz üçün dualar etməliyik. Həmd olsun Allaha ki, Azərbaycan xalqı müdrik dövlət öndəri, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Allah Vətən uğrunda canlarından keçmiş, uca şəhidlik məqamına yüksəlmiş övladlarımıza rəhmət eləsin, qəhrəman qazilərimizə şəfa bəxş etsin, şanlı ordumuzun bütün əsgər və zabitləri üçün dilədiyimiz xeyir-dualar müstəcab olsun! Uca Allah Azərbaycan dövlətini, xalqını və onun müdrik rəhbərini hər zaman müzəffər etsin!
Bu əziz bayram münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan raz-niyaz ilə diləyir. Allah-Taala dua və ibadətlərinizi qəbul etsin, Qurban bayramınız mübarək olsun! Amin!
Vəssəlаmu əleykum və rəhmətullаhi və bərəkаtuh!".



Qurban Bayramı ilə bağlı daha bir məlumat
Bu gün Azərbaycanda Qurban Bayramı qeyd olunur
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur
Azərbaycanda Qurban bayramı nə vaxt qeyd ediləcək?
Qurban Bayramı ilə bağlı fitva verildi
Ramazan bayramında qurban kəsmək olarmı? – Hacı Şahin
"Qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində vacibdir" - QMİ-dən TÖVSİYYƏLƏR
İlham Əliyev Qurban Bayramı münasibəti ilə təbrik etdi
QMİ Qurban bayramı münasibətilə tövsiyələrini açıqladı
Prezident İlham Əliyevin xalqa Qurban bayramı TƏBRİKİ
İlham Əliyev Azərbaycan xalqını təbrik edib
Allahşükür Paşazadədən BAYRAM TƏBRİKİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 