Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərini avtoyuma məntəqələrinə təhvil verən və nəzarətsiz qoyan şəxslərə müraciət edib. ONN media BDYPİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bir çox hallarda avtomobil sahibləri təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən nəqliyyat vasitəsinin açarlarını da məntəqə işçilərinə verərək oranı tərk edirlər: “Belə hallar isə bəzən həmin məntəqələrdə çalışan və adətən gənc, hərəkətlərinin məsuliyyətinin fərqinə varmayan bir sıra insanlara sahibi yanında olmayan nəqliyyat vasitələrindən qanunsuz istifadə etmək fürsəti yaradır. Müştərilərin etibarından sui-istifadə etməklə yanaşı, qanunvericiliyin də tələblərini kobud şəkildə pozaraq onlara həvalə edilmiş avtomobili qaçıraraq idarə edən belə gənclər tərəfindən bir sıra hallarda insanların həlak olması, yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri törədilir. Bununla yanaşı, bəzən xidmət göstərməli olduqları nəqliyyat vasitələrindən oğurluq edən, onlardan öz əmlakı kimi istifadə edən şəxslərə də rast gəlinir. Odur ki, avtomobil sahiblərinə müraciət edərək tövsiyə edirik ki, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən mümkün qədər məntəqəyə yaxın ərazidə olmağa çalışın, avtomobilinizi təsadüfi deyil, tanıdığınız, məsuliyyətli, peşəkar insanlara etibar edin. Unutmayın ki, bəzən etinasız yanaşdığımız bir hal sonradan bərpası mümkün olmayan fəsadlara yol aça bilər”.
Sürücülərə VACİB XƏBƏRDARLIQ



Yol polisi avtomobili nasaz olan sürücülərə müraciət edib
DYP rəsmi məlumat yaydı
Nazirlikdən sürücülərə VACİB MÜRACİƏT
DYP hərəkət iştirakçılarına müraciət edib
DYP sürücülərə müraciət etdi
Yol polisindən rayonlara gedən sürücülərə XƏBƏRDARLIQ
Maşınınızı azyaşlı övladlarınıza verməyin!
Yol polisi sürücülərə müraciət etdi - Belə hallar tez-tez baş verir
DYP sərnişinlərə müraciət etdi
Maşının arxa şüşəsinə foto və şüar vuranlara XƏBƏRDARLIQ
DYP bu şəxslərə müraciət etdi
DYP-dən avtomobil sahiblərinə və sürücülərə MÜRACİƏT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 