Ulu öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə DİN İdman Cəmiyyətində yeniyetmə və gənclər arasında müxtəlif idman növləri üzrə açıq birinciliklərinin keçirilməsi davam edir.
DİN Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynovun ONN media-ya verdiyi xəbərə görə, mayın 6-da İdman Cəmiyyətində ciu-citsu üzrə yeniyetmələr və gənclər arasında növbəti birincilik keçirilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Sonra ulu öndər Heydər Əliyevin idmana və idmançılara dövlət səviyyəsində göstərdiyi qayğıdan bəhs edilib. Bildirilib ki, çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Ulu öndər idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi. Ulu öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək deyirdi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır".
Daha sonra yarışlara start verilib.
Birincilikdə 4 komandadan müxtəlif çəki dərəcələri üzrə 80-ə yaxın idmançı öz gücünü sınayıb.
DİN İdman Cəmiyyətinin əməkdaşı, polis baş leytenantı Elşən İbişovun yetirmələri yüksək fiziki və texniki bacarıq nümayiş etdirib.
Cəmiyyətin İdman təlimi şöbəsinin rəisi, polis polkovnik leytenantı İlyas Siracov bildirdi ki, tarix boyu insanlarda vətənə məhəbbət, milli qürur hissləri, xeyirxahlıq aşılayan idman güclü təsir imkanına malik olmaqla dövlətin hərtərəfli inkişafında, dünya miqyasında tanınmasında mühüm rol oynayan təbliğati-siyasi vasitədir. İdman və bədən tərbiyəsi müasir dünyamızda fiziki və mənəvi tərbiyənin mühüm vasitələrindən biri hesab olunur.
Qeyd etdi ki, ulu öndərimizin yubileyinə həsr olunmuş bu yarışlarda iştirak edən yeniyetmə və gənclər gələcəkdə də sağlam idman ənənələrinə sadiq qalmalı, dövlətimizi, vətənimizi layiqincə təmsil etməlidirlər.
Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.
[inpost_fancy thumb_width="200" thumb_height="200" post_id="35313" thumb_margin_left="0" thumb_margin_bottom="0" thumb_border_radius="2" thumb_shadow="0 1px 4px rgba(0, 0, 0, 0.2)" id="" random="0" group="0" border="" show_in_popup="0" album_cover="" album_cover_width="200" album_cover_height="200" popup_width="800" popup_max_height="600" popup_title="Gallery" type="fancy"][/inpost_fancy]



Ulu öndərin xatirəsinə həsr olunmuş yarışlar davam edir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
Naxçıvan Muxtar Respublikası-100: İdman Festivalının açılış mərasimi baş tutub
Türkiyədə Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyənetmə idman növü üzrə kubok yarışı keçirilib
Hərbçilərimiz arasında yarış keçirildi
DİN İdman Cəmiyyətinin yetirmələri qalib oldular
Prezident və xanımı Fəxri xiyabanda
İlham Əliyev və birinci xanım ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
DSX-nin rəhbər heyəti Fəxri xiyabanda
XTQ-nin yaradılmasının 24-cü ili qeyd edildi
Arpaçay Open beynəlxalq turnirin açılış mərasimi keçirilib
Şuşada Respublika Günü qeyd olundu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 