Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan dövləti qarşısında duran proritet məsələdir və dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə qətiyyətli siyasət aparılır.
ONN media xəbər verir ki, bunu trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, Azərbaycan dövləti bu istiqamətdə hər zaman qəti mövqe nümayiş etdirir və münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü, beynəlxalq hüquq prinsipləri çərçivəsində həlli ilə bağlı mövqeyindən geri çəkilmir:
“Cənab Prezident İlham Əliyev bütün çıxışlarında, eyni zamanda beynəlxalq tribunalardan bu qətiyyətli mövqeyi səsləndirir və Azərbaycanın bu istiqamətdə heç bir güzəştə getməyəcəyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Eyni zamanda, danışıqlarla yanaşı, Azərbaycan ordu quruculuğuna böyük diqqət yetirir və bu gün Azərbaycanın müasir hərbi texnikalarla təchiz olunmuş güclü ordusu var”.
Deputat vurğulayıb ki, Azərbaycan dövlətinin Dağlıq Qarabağla mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur və bütün dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir:
“Bu baxımdan hesab edirəm ki, Azərbaycanda ictimai təşkilatların bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mitinq keçirməsi münaqişənin həllinə deyil, əksinə, həm yerli, həm də beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa xidmət edir. Azərbaycan dövləti bu istiqamətdə qətiyyətli siyasət yürütdüyü halda ictimai təşkilatların bu cür mitinqlər təşkil etməsinə lüzum yoxdur. Təbii ki, Azərbaycan azad və demokratik dövlətdir, hər kəs azad şəkildə öz fikrini bildirə bilər, lakin bu cür mitinqlər heç nəyi həll etmir və təbii ki, Azərbaycan dövlətinin mövqeyini əks etdirmir”.



İlham Əliyev: Məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir
Millət vəkili: Azərbaycanın apardığı siyasət nəticəsində Ermənistan ciddi böhran içərisindədir
İlham Əliyev: "Dağlıq Qarabağ Azərbaycandır"
Azərbaycan münaqişə ilə bağlı dünya ictimaiyyətini kifayət qədər məlumatlandırmağı bacarıb
Bunu Azərbaycandan başqa hələ ki, bacaran yoxdur - Qənirə Paşayeva
İlham Əliyev: “Dəstək getdikcə daha da artır”
Prezident Quterreşlə videokonfrans formatında görüşdü
İlham Əliyevdən Paşinyanın hədələrinə cavab
Prezident elan etdi: Qarabağda müharibə...
Prezident İlham Əliyev: Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayıb və barışmayacaq
İşğalçı qüvvələr bu torpaqlardan çıxmalıdır - İlham Əliyev
İlham Əliyev: Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 