ABŞ-ın ən yaxın müttəfiqlərindən biri Səudiyyə Ərəbistanı Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almaq barədə razılıq əldə edib.
Analitiklər düşünür ki, Səudiyyə Ərəbistanının bu addımı ABŞ-a və Avropadakı müttəfiqlərinə ciddi zərbədir.
Lakin hələlik bununla bağlı Ər-Riyadla Vaşinqton arasında açıq müstəvidə hər hansı diplomatik gərginlik müşahidə olunmayıb.
Bundan əvvəl Türkiyə ilə Rusiya arasında S-400 müdafiə sistemlərinin alqı-satqısı barədə müqavilə imzalanmışdı. Bu müqaviləin şərtlərinin həyata keçirilməsi Türkiyəyə 2.5 milyard dollara başa gələcək.
Türkiyənin S-400 alması NATO-nun narazılığına səbəb olub.
Misir də S-400-lərin alınması üçün danışıqlara başlayıb. Qeyd edək ki, Misirdə kiçik və orta mənzilli ballistik raketlərə, qanadlı raketlərə, strateji və taktik təyyarələrə qarşı S-300 sistemləri mövcuddur.
NATO üzvü olan Yunanıstanda da S-300 sistemləri var. Lakin S-300-ün yüksək effektivliyinə baxmayaraq, S-400 sistemi real hava hücumuna qarşı müdafiənin qurulması qaydalarını dəyişdirir.
ONN media-nın beynəlxalq hərbi nəşrlərə istinadən məlumatına görə, S-400 sistemi dörd müxtəlif tip raketdən istifadə etməklə hədəfləri məhv edə bilər.
Bunlar 400 kilometrdəki hədəfləri vurmaq qabiliyyətinə malik 40N6E, 250 kilometrdəki hədəfləri məhv edə bilən 48N6, 120 kilometrdəki hədəflər üçün nəzərdə tutulmuş 9M96E2 VƏ 40 kilometrdəki hədəfləri vurmaq üçün hesablanmış 9M96M raketləridir.
Hərbi analitiklər bildirir ki, S-400 eyni anda 40 raketə qarşı hücuma keçə və onları məhv edə bilər.
Çin mətbuatı yazıb ki, Amerikanın məşhur "Patriot” hava hücumundan müdafiə sistemi isə yalnız 96 kilometr uzaqlıqdakı raketləri vura bilir.
Aerokosmik sahə üzrə ekspert Karlo Koppun sözlərinə görə, S-400 həmçinin stels texnologiyası ilə hazırlanan müasir döyüş təyyarələrinin vurmaq qabiliyyətinə malikdir.
S-400-dəki müasir radar sistemləri F-22 və F-35 kimi döyüş təyyarələrini də aşkarlaya bilir.
Ekspertlər bildirir ki, Rusiyanın analoqu olmayan hava hücumundan müdafiə sistemləri yaratması fonunda ABŞ və Avropa bu sahədə axsayır.
Radiolokasiya sistemlərinin inkişaf etdirilməsində Rusiya irəlidədir. Ancaq yeni döyüş təyyarələrinin istehsalında Rusiya rəqiblərində demək olar ki, 10 il geridədir.
Rusiyanın hava hücumundan müdafiə sistemlərini təkmilləşdirməsi də əslində stels təyyarələrə və ABŞ-ın qanadlı raketlərə qarşı mübarizə ehtiyacından irəli gəlir. Çünki Rusiya müasir qırıcıların istehsalına və ya onların alınmasına lazım olan külli miqdarda maliyyə xərcləməkdə çətinlik çəkir.



Rusiya ən böyük rəqibini necə vuracaq?
NATO-dan Rusiyaya ZƏRBƏ
Rusiya ilə Hindistan arasında gizli RAZILIQ
S-400, yoxsa Patriot? –Türkiyə çətin SEÇİM qarşısında
NATO-dan sanksiya açıqlaması
Türkiyə "S-400"ləri nə zaman İŞƏ SALACAQ?
Vaşinqtondan Türkiyəyə pozitiv təklif
İrəvan Hindistandan yeni raket kompleksi alır
Tramp Türkiyə üçün hərəkətə keçdi - Ən yaxşı silahlarını göndərəcək
SON DƏQİQƏ: Türkiyə hərəkətə keçdi - ABŞ-a SORĞU GÖNDƏRİLDİ
ABŞ-Türkiyə döyüşü Azərbaycana necə təsir edəcək?
Rusiyadan İLK: analoqsuz S-400 və "Pantşir"lərini Avropaya göndərdi və...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 