ONN media xəbər verir ki, ölkə Prezidenti cənab İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamına uyğun olaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülür, bu məqsədlə Ədliyyə Nazirliyində yeni Probasiya xidməti yaradılıb, həmin cəzaların icrasında müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb.
Bu sahədə bir sıra dövlətlərin təcrübəsi öyrənilib, müxtəlif xarici və yerli şirkətlərin elektron nəzarət qurğuları sınaqdan keçirilib və yerli istehsalçıya üstünlük verilib. Həmçinin, Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Elektron monitorinq mərkəzi yaradılaraq fəaliyyətə başlayıb və bu günlərdə ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə onun ictimai təqdimatı keçirilib.
Növbəti belə tədbir Bakı şəhəri Apellyasiya Məhkəməsi və paytaxtın rayon məhkəmələri hakimlərinin iştirakı ilə keçirilib. Hakimlər Probasiya xidmətinin Elektron monitorinq mərkəzinin fəaliyyəti, elektron qolbağın imkanları ilə yaxından tanış olub, elektron nəzarət vasitəsi tətbiq olunmuş məhkumlarla müvafiq sistem vasitəsilə əlaqə yaradılmaqla, onların üzərində izləmə prosesi və nəzarət qurğuları əyani nümayiş etdirilib.
Məlumat verilib ki, elektron qolbaqlar azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, həmçinin məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum olunmuş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə tətbiq edilir və həmin şəxslərin ayağına bağlanılmaqla onların coğrafi yerdəyişməsinin izlənilməsinə, müvafiq məlumatların monitorinq mərkəzinə ötürülməsinə imkan yaradır. Monitorinq mərkəzi 24 saat ərzində fasiləsiz həmin vasitələrlə aparılan bütün izləmə məlumatları qəbul edir, məhkum edilmiş şəxslərlə operativ əlaqəni təmin edir və ona nəzarəti həyata keçirir.
Tədbirdə elektron qolbaqların praktikada ilkin tətbiqinə, bu zaman meydana çıxan çətinliklərin həllinə dair məsələlər müzakirə edilib, bu sahədə işin səmərəli qurulması, məhkəmələr tərəfindən məhkumlara elektron qolbaq tətbiq olunarkən müvafiq məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı zəruri izahlar verilib, məhkəmə təcrübəsinin düzgün formalaşdırılması məqsədilə belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb. Hakimlər elektron nəzarət qurğularının Azərbaycan istehsalı olmasını ölkənin uğurlu inkişafının təzahürü kimi dəyərləndiriblər.
Bu tədbirlərin silsilə xarakter daşımaqla digər rayon (şəhər) məhkəmə hakimləri üçün də keçirilməsi nəzərdə tutulur.



Ədliyyə sahəsində innovasiyalar təqdir olunur
Azərbaycanda nə qədər elektron qolbaq daşıyan məhkum var?
Ölkədə 3 minə yaxın məhkum elektron qolbaq daşıyır
Nə qədər məhkuma elektron qolbaq tətbiq edilib?
İcra və Probasiya xidmətlərinin fəaliyyətinə dair müşavirə keçirilib
Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi ilə Ədliyyə Nazirliyində görüş keçirilib
Azərbaycan və Latviya arasında hüquqi əlaqələr inkişaf edir
6 ayda doğuş və nikahların sayı açıqlandı
Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilib
Bu nazirliyin 8 əməkdaşı vəzifədən AZAD EDİLDİ
Ədliyyə Nazirliyinin növbəti kollegiya iclası keçirilib
Ədliyyə Nazirliyində CISCO şirkətinin nümayəndə heyəti ilə görüş
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 