Son üç il ərzində cinayət qanunvericiliyinə iki dəfə mühüm dəyişikliklər edilərək cəza siyasəti humanistləşdirilib, bəzi əməllər dekriminallaşdırılıb, cəza müddətləri yüngülləşdirilib, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişləndirilib. ONN media xəbər verir ki, bunu Ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri Elena Aymone Sessera və yeni rəhbəri xanım Arian Bauer ilə görüşü zamanı bildirib. Nazir qeyd edib ki, ötən dövrdə yeni qanunların təsiri altına düşən penitensiar və probasiya xidmətləri üzrə məhkumlarla bağlı məhkəmələrə göndərilmiş təqdimatlara baxılaraq 2000-ə yaxın məhkum cəzadan tamamilə azad edilib, 3000-dən çox məhkumun isə cəza müddəti azaldılıb. Həmçinin humanistləşdirmə tədbirləri çərçivəsində probasiya xidməti yaradılaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron qolbaqlar tətbiq olunur. Hazırda 3000-ə yaxın məhkum elektron qolbaq daşıyır və onlara səmərəli probasiya nəzarəti həyata keçirilir.
Ölkədə 3 minə yaxın məhkum elektron qolbaq daşıyır



Azərbaycanda nə qədər elektron qolbaq daşıyan məhkum var?
Nə qədər məhkuma elektron qolbaq tətbiq edilib?
Pandemiya dövründə neçə nəfər ev dustaqlığına buraxılıb? - NAZİR AÇIQLADI
Ölkədə nə qədər məhkum elektron qolbaq daşıyır?
Amnistiya Aktı Vətən müharibəsinin 2 iştirakçısına şamil edildi
Ölkədə nə qədər məhkum elektron qolbaq daşıyır?
Ədliyyə sahəsində innovasiyalar təqdir olunur
İcra və Probasiya xidmətlərinin fəaliyyətinə dair müşavirə keçirilib
Hakimlər Probasiya xidmətinin fəaliyyəti ilə tanış olublar
Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi ilə Ədliyyə Nazirliyində görüş keçirilib
4.200-dən çox şəxs cəzadan azad olunub
Əfv sərəncamı kimlərə şamil olundu?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 