ONN media xəbər verir ki, aprelin 27-də ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi xanım Norika Nikolai ilə görüşüb.
Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı fəaliyyətin əhəmiyyəti qeyd olunan görüşdə ölkə Prezidenti cənab İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülən tədbirlər, o cümlədən cinayət qanunvericiliyinə 300-ə yaxın mühüm dəyişikliklərin edilməsi, həbs edilmiş şəxslərin sayının azalması, Probasiya xidmətinin fəaliyyəti, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi, habelə məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə yönəlmiş islahatlar barədə məlumat verilib, bu sahədə Azərbaycanın Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin qaliblərindən olduğu və digər nüfuzlu beynəlxalq təşkilatların mükafatlarına layiq görüldüyü qeyd olunub.
Qonaq Azərbaycan Prezidentinin Sərəncamının müstəsna əhəmiyyətini qeyd edərək dövlətimizin cəza siyasətinə humanist yanaşmasını təqdir edib, bu sahədə atılan addımların digər ölkələr üçün önəmini vurğulayıb. Xanım N.Nikolai, həmçinin ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyi üzrə həyata keçirilən islahatları böyük maraqla qarşılayaraq faydalı fikir mübadiləsi aparıb.
Səmərəli müzakirələr zamanı Avropa İttifaqı ilə əməkdaşlığın gücləndirilməsi, o cümlədən probasiya, mediasiya və digər prioritet sahələr üzrə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub, qonağı maraqlandıran suallar ətraflı cavablandırılıb.
Tədbirdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev iştirak edib.



Ədliyyə sahəsində innovasiyalar təqdir olunur
Nə qədər məhkuma elektron qolbaq tətbiq edilib?
İnsan Hüquqları üzrə Avropa komissarı ilə Ədliyyə Nazirliyində görüş
Ölkədə 3 minə yaxın məhkum elektron qolbaq daşıyır
Azərbaycan və Latviya arasında hüquqi əlaqələr inkişaf edir
Azərbaycanda nə qədər elektron qolbaq daşıyan məhkum var?
İlham Əliyevlə Şarl Mişel arasında təkbətək görüş keçirildi VİDEO - YENİLƏNDİ
Ədliyyə Nazirliyində CISCO şirkətinin nümayəndə heyəti ilə görüş
Hakimlər Probasiya xidmətinin fəaliyyəti ilə tanış olublar
Azərbaycan və Belarus Ədliyyə nazirlikləri səmərəli əməkdaşlıq edir
Koronavirusa yoluxan məhkumlarla bağlı məlumat
Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 