Səbail rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən ONN media-ya bildirilib ki, 2018-ci il may ayının 15-də saat 20-00 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeralti prosseslərin təsiri ilə torpaq sürüşməsi baş vermiş, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalmışdır. Daha 20 fərdi ev də təhlükəli ərazidədir.
Qeyd olunmalıdır ki, bu ərazidəki mövcud yaşayış və digər tikililər hələ Sovet hakimiyyəti illərində, əsas etibarı ilə keçən əsrin 50-ci illərində tikilib. Onların əksəriyyəti 1 mərtəbəli, möhkəm təməli olmayan, uzun illər istismar olunduğundan resursları tükənmiş evlərdir. Evlərin böyük əksəriyyəti Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır.
Bir qədər əvvəl sakinlərin müraciətləri əsasında ərazidəki tikililərin vəziyyəti ilə bağlı RİH və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılıb, binaların qəzalı və təmirə yararsız olması ilə bağlı rəy verilib. RİH tərəfindən məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub.
Bayıldakı sürüşmə prossesləri ilə bağlı artıq təcrübəsi olan Səbail RİH tərəfindən qabaqlayicı tədbirlər görülərək bir qədər əvvəl qəzalı vəziyyətdə olan Buxta küçəsi 9 ünvanında yaşayan ailələr kökürülüblər.
Mayın 15-də isə həmin təhlükəli ərazidən daha bir neçə evin sakinləri köçürülüb. Ümumilikdə isə Buxta küçəsindəki təhlükə yaranmış ərazidən 22 ailə (55 nəfər) köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur. Ərazidə araşdırmalar aparılır.
Görülən işlər sakinlər tərəfindən müsbət qarşılanıb və onlar ümıd edirlər ki, yeni fəaliyyətə başlamış Nazirlər Kabineti tərəfindən yaranmış problem tezliklə həllini tapacaqdır.



Badamdardakı sürüşmə ərazisindəki tikililərlə bağlı açiqlam
Bayılda dağılmış evlərin sahiblərinə nə qədər yardım ediləcək?
Qərar verildi: Bu ərazidəki evlərin hamısı söküləcək
Şad xəbər: bu şəxslərə maddi yardım veriləcək
Sürüşmə zonası ilə bağlı AÇIQLAMA
RİH Bayıldakı sürüşməyə münasibətini bildirib
Bayılda 98 ev söküləcək
Bayıldakı son vəziyyət nədir?
Sürüşmə zonasındakı evlər barədə qərar niyə gecikir?
Bayıldan köçürülən ailələrə şad xəbər
İcra başçısı sürüşmə zonasında
Bayıl sakinlərinə ŞAD XƏBƏR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 