BŞİH-nin mətbuat xidmətindən ONN media-ya verilən məlumata əsasən bildiririk ki, son günlərdə Bayıl sürüşmə zonasındakı vəziyyətlə bağlı bir sıra elektron və yazılı KİV-lərdə müxtəlif yazılar verilir, sakinlərin, yerli qurumların, xüsusən də burada öz maraqları olan bəzi insanların mülahizələri, məsələnin həlli yolları barədə təklifləri verilir.
Məsələ ilə bağlı Səbail RİH başçısınin 2 saylı Ərazi nümayəndəliyinin rəhbəri Mübariz Güləhmədov bildirmişdir ki, Bayıl yamacında ötən il fevral ayında baş vermiş məlum sürüşmə hadisəsindən sonra Dövlət qurumları tərəfindən burada müvafiq tədbirlər həyata keşirilmişdir. İlk növbədə yarasız hala düşmüş 6 evin sahiblərinə müvafiq kompensasiya, təhlükə zonasındakı 98 evin sahiblərinə 11 aylıq kirayə haqları ödənilmişdir.
Sürüşmə zonasında yerli və xarici mütəxəssislərin iştirakı ilə araşdırmalar aparılmış və hazırda bu işlər davam etdirilir.
Bildirmək istəyirəm ki, bu ərazidə ötən əsrin 70-90-cı illərində tikilən fərdi yaşayış evlərinin demək olar ki, böyük əksəriyyəti sənədsiz, qeyri-qanuni tikililərdir. Sakinlərin tikililərə dair heç bir mülkiyyət sənədi və ünvana qeydiyyatları yoxdur. Sonradan 90-cı illərdə də isə burada 27 məcburi köçkün ailəsi məskunlaşıb.
Bu gün bu ərazidəki vəziyyət Dövlət qurumlarının nəzarətindədir, məsələyə Nazirlər Kabinetində baxılır. NK-nin çıxaracaqı qərara uyğun olaraq icra strukturları tərəfindən müvafiq tədbirlər həyata keçiriləcəkdir.
Sürüşmə zonasında yaşayanlar üçün kömpensasiyaların ödənilməsi və ya digər tədbirlərin görüləcəyi ilə bağlı məsələlər barədə mülahizə yürütmək düzgün deyil. Çox vaxt bəzi maraqlı tərəflər bilərəkdən burada narazılıq yaratmağa çalışır, öz problemlərini qabardır, kompensasiyaların məbləğınin daha da şox verilməsi və digər əlavə haqsız tələblər irəli sürürlər.
Bununla bağlı deyə bilərəm ki, məsələnin hansı şəkildə həll olunacağı Nazirlər Kabinetinin qərarından sonra müəyyən ediləcəkdir.



Bayılda 98 ev söküləcək
Bayıldan köçürülən ailələrə şad xəbər
Sürüşmə zonasındakı evlər barədə qərar niyə gecikir?
Qərar verildi: Bu ərazidəki evlərin hamısı söküləcək
Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı
Badamdarda vəziyyət necədir?- AÇIQLAMA
Teleqüllə yaxınlığındakı sürüşmə ilə bağlı xüsusi qərargah yaradılıb
Bayılda yaşayanların DİQQƏTİNƏ
Bayıl yamacında daha bir sürüşmə
Bayil sürüşmə zonasında bayram tədbiri
Bibiheybətdəki sürüşməyə səbəb... - Nazirlik açıqladı
Sürüşmə ilə əlaqədar köçürülən sakinlərə vəsait ayrıldı — EKSKLÜZİV
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 