Nazirlər Kabinetinin Bakı şəhəri, Səbail rayonu, Bayıl sürüşmə sahəsindəki evlərin sakinlərinin köçürülməsi barədə qərarının gecikməsinin səbəbi sakinlərə veriləcək kompensasiya ilə bağlı Maliyyə Nazirliyi və digər müvafiq qurumlarla aparılan müzakirələrin sona çatmamasıdır.
ONN media BakuPost-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi və yaponiyalı mütəxəssislər ərazinin yaşayış üçün təhlükəli olması barədə rəy verib.
Ancaq sakinlərə 11 ay müddətində kirayə haqqı verilməsi barədə qərarın müddəti yanvar ayında başa çatsa da, Nazirlər Kabineti Maliyyə Nazirliyinin ayıracağı vəsaitin həcmi dəqiqləşmədiyi üçün indiyə qədər yekun qərar verə bilməyib. İlkin olaraq yaşayış evinin sahiblərinə evin bir kvadrat metri üçün 700 manat kompensasiya nəzərdə tutulsa da, bu barədə də yekun qərar yoxdur. Buna görə də yaxın günlərdə sakinlərə kirayə haqqı verilməsinin müddətinin ən azı bir ay uzadılması, paralel olaraq kompensasiya məbləği müəyyənləşdirilərək köçürülmə ilə bağlı yekun qərarın verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2018-ci il fevralın 10-da Bayıl sürüşmə sahəsində, Bakı Televiziya Qülləsi yaxınlığında (teleqüllədən 200-250 m cənub-şərqdə) sürüşmə baş verib. Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə sürüşmə nəticəsində 4-ü tam, 2-i qismən olmaqla, 6 ev uçub. Nazirlər Kabineti tərəfindən yaradılan Dövlət Komissiyasının qərarı ilə həmin 6 ev köçürülüb. Nazirlər Kabinetinin sərəncamına əsasən, Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə 10 fevral 2018-ci il tarixdə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ev əşyaları ilə birlikdə dağılaraq yaşayış üçün tam yararsız vəziyyətə düşüb, ümumi sahəsi 306 kvadrat metr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadrat metr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadrat metri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb.
Nazirlər Kabineti sürüşmə zonasında yaşayan 98 ailənin də müvəqqəti olaraq həmin ərazidən köçürülməsi və onlara kirayə mənzillərdə yaşamaları üçün ailə tərkibinin sayına uyğun olaraq fevral ayından başlayaraq 11 ay müddətində kirayə haqqı verilməsi barədə də qərar verib. Normativlərə uyğun olaraq ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olana 250 manat, 8-dən çox olanda 300 manat müəyyən olunub. O əraziyə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb. 2019-cu ilin yanvarında 11 aylıq müddət başa çatıb.



Qərar verildi: Bu ərazidəki evlərin hamısı söküləcək
Bayılda 98 ev söküləcək
Bayıldan köçürülən ailələrə şad xəbər
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
Sürüşmə ilə əlaqədar köçürülən sakinlərə vəsait ayrıldı — EKSKLÜZİV
Şad xəbər: bu şəxslərə maddi yardım veriləcək
Sürüşmə zonası ilə bağlı xəbər var
Bayıldakı son vəziyyət nədir?
Bayıl sakinlərinə ŞAD XƏBƏR
Bayılda dağılmış evlərin sahiblərinə nə qədər yardım ediləcək?
Bu binada yaşayanların NƏZƏRİNƏ
Azərbaycanda unun qiyməti ilə bağlı VACİB QƏRAR İMZALANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 