ONN media -ya verilən məlumata görə, mayın 17-də kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Rusiya Federasiyasının Altay diyarı hökumətinin sədr müavini Viktor Meşeryakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşün məqsədi Kənd Təsərrüfatı Nazirliyi ilə Altay diyarı arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.
Nazir müavini İlham Quliyev qonaqları səmimi salamlayaraq Rusiya Federasiyası ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələrin yeni müstəvidə inkişaf etdiyini nəzərə çatdırıb.
İlham Quliyev ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, kənd təsərrüfatının ölkəmizdə prioritet sahə elan olunmasını qonaqların diqqətinə çatdırıb. Həmçinin, hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar - gübrələrin fermerlərə 70%, damazlıq heyvanların 50%, lizinq yolu ilə texnikaların 40% güzəştlə verilməsi barədə geniş məlumat verib.
“Biz qonşumuz olan Rusiya Federasiyası ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıqda daim maraqlıyıq. Rusiya bizim ənənəvi partnyorumuzdur. Altay diyarı ilə də aqrar sahədə əməkdaşlığa önəm veririk”,-deyə nazir müavini vurğulayıb.
Nazir müavini bildirib ki, Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühiti mövcuddur. Bu, Altay diyarının şirkətləri ilə Azərbaycanın şirkətləri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaradır. Öz növbəsində Kənd Təsərrüfatı Nazirliyi də Rusiya Federasiyası ilə əməkdaşlığın genişlənməsinə daim dəstək verəcək.
Altay diyarı hökumətinin sədr müavini Viktor Meşeryakov Azərbaycanla Altay diyarı arasında aqrar sahədə əlaqələrin daha da dərinləşməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
Sonda hər iki tərəfi maraqlandıran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.
[inpost_fancy thumb_width="200" thumb_height="200" post_id="36948" thumb_margin_left="0" thumb_margin_bottom="0" thumb_border_radius="2" thumb_shadow="0 1px 4px rgba(0, 0, 0, 0.2)" id="" random="0" group="0" border="" show_in_popup="0" album_cover="" album_cover_width="200" album_cover_height="200" popup_width="800" popup_max_height="600" popup_title="Gallery" type="fancy"]



İnam Kərimov Macarıstanın xarici işlər naziri ilə görüşüb
İlham Quliyev Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri ilə görüşüb
SON DƏQİQƏ: İlham Quliyev vəzifəsindən azad edildi
Aqrar Xidmətlər Agentliyində yeni TƏYİNAT
İlham Əliyev Belarus baş nazirinin müavini ilə görüşdü
İlham Əliyev Aleksey Overçukla görüşdü
Azərbaycanla Türkiyə arasında Kənd Təsərrüfatı Sığortası üzrə Əməkdaşlıq Protokolu imzalanıb
Nazirliyə yeni aparat rəhbəri təyin edildi
Nazir müavini bahalaşmadan danışdı
İlham Əliyev türkiyəli naziri qəbul edib
Əsədov Qolovçenko ilə görüşdü: sənədlər imzalandı
Azərbaycanla Rusiya arasında altı sənəd imzalanıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 