ONN media xəbər verir ki, mayın 21-də Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti ümumi iclası keçirilib.
İclası giriş sözü ilə Şuranın sədri, dosent Famin Salmanov açaraq gündəlikdə duran məsələləri Şura sədrlərinin diqqətinə çatdırıb.
Şura sədri Famin Salmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamına diqqət çəkərək bildirib ki, 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmayıb. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bilib. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaradıb.
AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmı işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı "Azərbaycan Xalq Cümhuriyyəti - Müstəqil Azərbaycan Respublikasının siyasi və hüquqi varisi kimi", AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Eşqanə Babayeva "Azərbaycan Xalq Cümhuriyyətində ədəbiyyat və maarifçilik məsələləri" mövzusunda məruzələrlə çıxış edərək Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə fikirlərini səsləndiriblər. Qeyd ediblər ki,1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərib, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul edib. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd olduğunu vurğulayıblar.
Daha sonra gündəlikdə yer alan digər məsələlərlə bağlı, "Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət" mövzusunda gənc alimlərin və tədqiqatçıların beynəlxalq elmi forumuna hazırlıq məsələləri, Şurasının İdarə Heyətinin struktur dəyişikliyi haqqında, AMEA elmi müəssisələrinin Gənc Alim və Mütəxəssislər Şuralarının 2018-ci il yarımilllik hesabatı, "Gənc Tədqiqatçı" jurnalının növbəti nömrəsinin çapı ilə müzakirələr aparılıb.



Azərbaycanda Respublika Günüdür
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yeni zirvə fəth olunub
TAM-ın növbəti tədbiri keçiriləcək
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyannamə imzalanıb
İlham Əliyevdən Müstəqillik Günü ilə bağlı qərar
"Turan Araşdırma Mərkəzi" "Azərbaycan Xalq Cumhuriyyəti 100" mövzusunda beynəlxalq elmi praktik konfrans keçirəcək
Səbaildə Cümhuriyyətin yubileyihə həsr olunmuş konfrans keçirilib
“Cümhuriyyət bizə milli kimliyimizi qaytardı”
İstanbulda Heydər Əliyevin 95 və AXC-nin 100 illiyinə həsr olunmuş sərgi keçirilir
Ölkəmizin Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günü
Akademik Akif Əlizadə Belarusda medalla təltif edilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 