Qubada alpinistlərin meyitlərinin tapıldığı ərazidə qar uçqununun baş verməsi gözlənilən haldır.
ONN media xəbər verir ki, bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, alpinistlərin meyitlərinin tapıldığı ərazidə qar uçqunu həmişə baş verib və bu ərazi üçün uçqunun baş verməsi normal haldır:
“Onların ikisinin meyiti 4 metr dərinlikdə olan qarın altında - çadırın içində, birinin meyiti isə çadırın yaxınlığında tapılıb. Onlar yalnız qar uçqununun altında qalaraq ölə bilərdilər. Alpinistlərin çadır qurmaq üçün seçdiyi ərazidə qar uçqunu həmişə baş verir. Ona görə də alpinistlər çadırlarını dərənin içində deyil, daha hündür yerdə qurmalı idilər ki, qar uçqunu olarsa, onlara təsir etməsin”.
M.Həsənov əlavə edib ki, Böyük Qafqaz dağlarının ən yüksək hissələri olan Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağda çox tez-tez qar uçqunları baş verir:
“Həmin qar uçqunları çox böyük qar kütləsinin zirvədən aşağıya doğru böyük sürətlə axmasına səbəb olur. Qarın toplaşdığı belə yerlərdə qarın hündürlüyü daha yüksək olur”.
Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.
Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilib.
Meyitləri tapılan alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində xüsusi komissiya yaradılıb.



Azərbaycana isti havalar gəlir
Azərbaycanlı alpinistlərin meyiti tapıldı
İstirahət mərkəzində qar uçqunu: Çox sayda insan...
Azərbaycanlı xanım alpinistlər Savalanda öldülər
Alpinistlərin meyiti helikopterlə Bakıya göndəriləcək
İtkin düşmüş alpinistlərin üçünün də meyiti tapıldı - YENİLƏNİB
Meyitləri 5 ay sonra tapılan alpinistlərin adları əbədiləşdirildi - FOTO
Xizək mərkəzində qar uçqunu: çox sayda insan...
Alp dağlarının ən uca zirvəsində faciə - ÖLƏNLƏR VAR
Dəhşətli qar uçqunu: 21 nəfər öldü
Oktyabr niyə isti keçir? - Açıqlama
Qarabağda daha 3 erməninin meyiti tapıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 