Bu il oktyabr ayı həm keçən ilə nisbətən, həm də normaya nisbətən isti keçir. ONN media xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. O bildirib ki, hazırda ölkə ərazisində müşahidə edilən havanın temperaturu payız fəslinin hazırkı dövrü üçün xarakterik deyil: “Bütün dünyada Ümumdünya Meteorologiya Təşkilatının 1961-1990-cı illərə aid olan məlumatlarına əsasən, ölkə ərazisində müşahidə edilən temperatur və yağıntı müqayisə edilir. Azərbaycanda aparılan müşahidələr göstərir ki, bu il oktyabr ayında normaya nisbətən 2-3 dərəcədə yüksək temperatur qeydə alınıb. Yəqin ki, bu, oktyabrın son günlərində orta aylıq temperatur barədə hesabat hazırlandıqda bu statistika orada öz əksini tapacaq. Çünki bu tip hava kütlələri oktyabr ayı üçün deyil, may və sentyabr üçün səciyyəvidir. Bundan başqa yağıntıların da miqdarı normadan xeyli az müşahidə edilir. Bu da öz növbəsində müəyyən mənada həm kənd təsərrüfatına, həm də insan sağlamlığına təsirsiz ötüşməyəcək”. M.Həsənov temperaturun yüksək olmasının səbəbini ölkə ərazisinə cənub hava kütlələrinin daha çox daxil olması və onların ölkə ərazisində hakimlik etməsi ilə əlaqələndirib.
Oktyabr niyə isti keçir? - Açıqlama



Azərbaycanda son 10 ilin ən isti oktyabrı yaşanır (ÖZƏL)
Azərbaycana isti havalar gəlir
Ən çox yağıntı hansı əraziyə düşüb?
Nazirlik: İndiki istu hava iyul, avqust üçün səciyyəvidir
Azərbaycanda quraqlıq gözlənilir - XƏBƏRDARLIQ
Bu ay temperatur normadan yüksək olacaq - Tağıyeva
Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Qarşıdakı 4 gündə...
Hava kəskin dəyişəcək
Sentyabrın sonuncu həftəsi hava necə olacaq?
2050-ci ilədək Azərbaycanın BU ƏRAZİLƏRİNDƏ temperatur yüksələcək
Oktyabr ayının hava PROQNOZU
Umayra Tağıyevadan hava şəraiti ilə bağlı AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 