Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə nəşr edilən kitabların sırasına daha bir sanballı əsər daxil olub. “Türkçülüyün patriarxı: Əhməd bəy Ağaoğlu (1869-1939)” adlı kitab bu günlərdə “TEAS Press” Nəşriyyat Evi tərəfindən çapdan buraxılıb.
ONN media -ya bildirilib ki, “Məşhurların həyatı” seriyasından çapa hazırlanan əsərdə türkçülük ideologiyasının banilərindən biri, müsəlman Şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən danışılır. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olan Əhməd bəy Ağaoğlu XX əsrin əvvəllərində Azərbaycan türklərinin milli oyanışında müstəsna xidmətlər göstərib.
Kitabın müəllifi Cümhuriyyət tarixinin araşdırıcısı, tarix elmləri doktoru Aydın Balayevdir. Müəllif qeyri-adi istedada malik bu şəxsiyyət barədəki bioqrafik məlumatların sadəcə sadalanması ilə kifayətlənməyərək, həmçinin geniş sənədli materiallara əsaslanaraq Əhməd bəy Ağaoğlunun ictimai-siyasi baxışlarının təkamülünü konkret zaman və məkan kontekstində izləməyə çalışıb. Əsəri oxuyarkən oxucunun qarşısında ecazkar istedada malik olan,xəyalpərəst, eyni zamanda üsyankar, əyilməz mübariz və mütəfəkkir bir şəxsiyyətin obrazı canlanır.
Tarix elmləri doktoru Aydın Balayev Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçısı, Azərbaycan xalqının milli məfkurəsinin formalaşması məsələləri ilə bağlı bir neçə monoqrafiyanın müəllifidir. Onun bu mövzuya həsr olunan əsərləri Almaniya, ABŞ və Rusiyada işıq üzü görüb. Türkiyədə nəfis şəkildə çap edilən “Türkçülüyün patriarxı: Əhməd bəy Ağaoğlu (1869-1939)” kitabı rus dilindədir. Kitab tarixçilər, etnoloqlar, politoloqlar, eləcə də milli tariximizlə maraqlananlar üçün nəzərdə tutulub.



“Məmməd Əmin Rəsulzadə: siyasi portret” kitabı işıq üzü gördü
İlham Əliyev sərəncam İMZALADI
Deputat sərəncama görə prezidentə təşəkkür etdi
Əhməd bəy Ağaoğlunun nəvəsi vəfat etdi
Cümhuriyyət qurucularının varisləri Azərbaycan xalqını təbrik etdilər
19 MAY ƏHMƏD BƏY AĞAOĞLUNUN VƏFAT ETDİYİ GÜNDÜR
Rəsulzadənin fransızca kitabı tərcümə edildi
Gəncədə Dilqəm Əhmədin imza günü keçirilib
19 may Əhməd bəy Ağaoğlunun vəfat etdiyi gündür
Türkiyədən Azərbaycana daha bir jest
Türkiyədə Əhməd Cavadla bağlı kitab nəşr olunub
Rafael Hüseynovun yeni kitabı - “Millət yaddaşının keşikçisi”
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 